Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Nəfs, siyasət və deqredasiya İnsan necə dəyişilir?

Nəfs, siyasət və deqredasiya İnsan necə dəyişilir?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Mo Yanın “Şərab respublikası” (酒国, 1993) əsəri haqqında Allahverdi Həsənovun yazısını təqdim edir.

Mo Yanın "Şərab respublikası" (酒国) romanı 1993-cü ildə nəşr edilib və onun ən qəribə, eyni zamanda ən cəsarətli əsərlərindən biri hesab olunur. Siyasi satira janrında yazılmış roman totalitar sistem, korrupsiya, həddindən artıq istehlakçılıq kimi mövzulara toxunur.

Hadisələr distopik Çin vilayətində – Şərab respublikası adlanan uydurma bir yerdə cərəyan edir. Burada spirtli içkilər və əyləncə mədəniyyəti hər şeyi idarə edir, hətta siyasi qərarlara da təsir göstərir. Əsas qəhrəman, müstəntiq Dinq Qouer yerli məmurların uşaq ətindən hazırlanmış yeməklər yedikləri barədə şayiələri araşdırmaq üçün bu vilayətə göndərilir.

Dinq Qouer gənc və idealist bir müstəntiqdir.

Dinq Qouer romanın əvvəlində tam fərqli bir insandır. O, cəmiyyətin çirkli tərəflərinə nifrət edir və bu istintaqın ədaləti bərpa edəcəyinə inanır. Şərab respublikasına gələndə, buradakı lüks həyat tərzi, içki və korrupsiya mədəniyyətindən təəccüblənir. O, istintaqı obyektiv və dürüst aparmağa çalışsa da, getdikcə bu sistemin cazibəsinə qapılır. Ona bahalı içkilər, gözəl qadınlar və lüks həyat təqdim olunur. Tədricən həzz və istəklərinin əsirinə çevrilir.

Romanın sonlarına doğru Dinq Qouer artıq əvvəlki idealist adam deyil. O, sistemə tam qarışır, korrupsiya və həzz dolu həyatın içinə düşür. Hətta o dərəcədə ki, artıq nə üçün mübarizə apardığını unudur. İdealist Dinq hedonist Dinqə çevrilir. O, sistemə qarşı mübarizə aparmaq yerinə, sistemin bir parçasına çevrilir.

O, tədqiqat apararkən hədsiz lüks, korrupsiya və həzz mədəniyyəti içində boğulan məmurlarla qarşılaşır. Şərab Respublikası əhalisinin içkiyə olan sevgisi o qədər dərindir ki, hətta onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Ding Qouer qəribə personajlarla qarşılaşır, bu personajlar müstəntiqə idealizmin mənasızlığı barədə təsir edir və vicdanlı müstəntiq getdikcə bu sistemin bir parçasına çevrilməyə başlayır. O, keçmiş idealist lakin iztirab dolu həyatı ilə bu hedonizm, həzz dolu həyatı müqayisə edir. Dinqin daxili dünyası nəfsi ilə mübarizəyə başlayır, lakin o, vicdanını bu məclislərə uduzur. Bu, onun həm fiziki, həm də mənəvi tənəzzülə uğramasına səbəb olur.

Mo Yan, əsərində Çin cəmiyyətindəki böyük korrupsiya və hədsiz israfçılığı tənqid edir. Məmurların rahatlığı üçün hər şeyə icazə verən bir sistem təsvir edilir. Dövlətin vəzifəli şəxsləri xalqın maraqlarını deyil, yalnız öz zövqlərini və həzzlərini təmin etməyə çalışırlar. Onlar üçün yalnız qadınlar, şərab və komfort zonaları var, xalq isə sonranın işidir.

Roman, istehlakçılığın və hədsiz hedonizmin insanı necə əxlaqsızlaşdırdığı mövzusunu qabardır. Şərab Respublikasında spirtli içki mədəniyyəti o qədər şişirdilmişdir ki, burada insanlar üçün içki içmək bir növ sosial status və nüfuz məsələsinə çevrilmişdir. Cəmiyyətdə daha çox içən, daha çox növ içkisi olan şəxslərə hörmət edilir. Və içki içənlər, fahişələr, içki məclislərində məmurları əyləndirən təlxəklər ciddi gəlir əldə edir.

Mo Yan bu romanda maqik realizm üslubundan geniş istifadə edir. Hadisələr reallıqla fantaziya arasında cərəyan edir. İnsanların içkiyə olan sevgisi və həzz düşkünlüyü o qədər ifrata çatıb ki, burada uşaq ətindən hazırlanmış yeməklər adi bir fenomen kimi təsvir edilir. Bu, müəllifin həm simvolik, həm də şokedici metaforasıdır – yəni korrupsioner sistemin gələcəyi (uşaqları) belə qurban verdiyini göstərir.

Roman detektiv janrının elementlərini də daşıyır. Qouer müstəntiqdir, lakin o, istintaqın ortasında öz prinsiplərini, vicdanını, insani keyfiyyətlərini itirir və bir növ, sistemin içində əriyir. Bu, korrupsiya sisteminin təkcə maddi deyil, həm də mənəvi cəhətdən insanı necə dəyişdirdiyini göstərir.

Satirik və İronik Üslub – Mo Yan cəmiyyətin çürüməsini və mənəvi dəyərlərin süqutunu satirik dillə təsvir edir. Təsviri Detalların Gücü – Hadisələr və məkana dair güclü təsvirlər romanın atmosferini daha real edir. Mif və Simvolik Motivlər – Roman boyu içki, yemək və həzz mədəniyyəti simvolik mənalar daşıyır.

"Şərab respublikası" Mo Yanın ən sərt sosial tənqidlərindən biridir. Çin cəmiyyətində korrupsiyanın, hədsiz istehlakçılığın və mənəvi çöküşün təsirlərini ifrat dərəcədə şişirdərək təsvir edir. Mo Yan Çin Kommunist partiyasının üzvü olduğu üçün bu əsərə görə partiya daxilində bir çox tənqidlərə məruz qalır. Mo yan bütün tənqidlərə cavabında bildirir ki, əsər hədəfinə çatıb, bu epotajın, səs-küyün səbəbidir.

Müəllif əsərdə həqiqət və illüziya arasındakı sərhədləri silir, insanın ehtiras və instinktlərinin idarə etdiyi bir dünyanı yaradır: Sistemə qarşı mübarizə aparmaq mümkündürmü, yoxsa sonda hamı bu sistemin bir hissəsinə çevrilir?

Bu roman həm siyasi, həm də fəlsəfi aspektlərdən dərin mənalar ehtiva edir və Mo Yanın üslubunun gücünü nümayiş etdirir.

"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi Tilda Suinton karyerasını bitirir? - Açıqlama
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri