Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Rubrika: Tibbdə yenilik

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Neft bahalaşır: dollara necə təsir edəcək?

Neft bahalaşır: dollara necə təsir edəcək?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Qlobal maliyyə bazarlarında baş verən proseslər, xüsusilə dolların digər əsas valyutalara nisbətən möhkəmlənməsi və enerji qiymətlərində artım dünya iqtisadiyyatında yeni tendensiyalar formalaşdırır. Bu dəyişikliklər fonunda neft ixrac edən ölkələrdə valyuta axınlarının artması müşahidə olunsa da, milli valyutaların davranışı hər zaman bazar qanunlarına uyğun formalaşmır. Azərbaycan timsalında isə manatın məzənnəsi daha çox inzibati idarəetmə və makroiqtisadi amillərin təsiri altında müəyyən olunur. Ekspertlər hesab edir ki, qlobal proseslərə baxmayaraq, ölkədə məzənnə siyasətinin əsas istiqamətini Mərkəzi Bankın qərarları və neft gəlirlərinin dinamikası müəyyənləşdirir.

Dollar güclənir

Deputat Vüqar Bayramov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, hazırda qlobal bazarlarda dolların digər əsas valyutalara nisbətən möhkəmlənməsi müşahidə olunur və bu, ilk növbədə beynəlxalq iqtisadi mühitdə qeyri-müəyyənliyin artması ilə bağlıdır.

Onun sözlərinə görə, strateji məhsulların, xüsusilə enerji resurslarının qiymətində artım dollara olan tələbatı yüksəldir:

“Bu proses fonunda biz avronun dollara nisbətən zəiflədiyini görürük. Nəticədə dolların digər valyutalara qarşı məzənnəsi yüksəlir və bu, qlobal maliyyə bazarlarında əsas tendensiyalardan birinə çevrilir.

Azərbaycanda isə manatın məzənnəsinin formalaşması klassik bazar mexanizmlərindən daha çox Mərkəzi Bankın mövqeyi ilə müəyyən olunur. Azərbaycan tam sərbəst məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsinin müəyyənləşdirilməsində həlledici rol Mərkəzi Banka məxsusdur. Mərkəzi Bankın qərarlarına təsir edən əsas amillər ölkəyə daxil olan valyuta axını, tədiyyə balansının vəziyyəti və xüsusilə də neftin dünya bazarındakı qiymətidir. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulmuş səviyyədən xeyli yüksəkdir. Əgər büdcədə bir barel üçün 65 dollar götürülürsə, faktiki qiymətlər 100 dollardan yuxarıdır. Bu isə ölkəyə əlavə valyuta daxilolmaları deməkdir və tədiyyə balansını gücləndirir”.

Onun fikrincə, bu vəziyyət Mərkəzi Banka manatın sabitliyini qorumaq üçün əlavə imkanlar yaradır: “Artan neft gəlirləri məzənnə üzərində təzyiqləri azaldır və sabitlik üçün daha əlverişli şərait formalaşdırır. Buna baxmayaraq, qlobal bazarlarda geosiyasi risklərin artması və qeyri-müəyyənlik fonunda manatın məzənnəsinin gələcək dinamikası yenə də Mərkəzi Bankın qərarlarından asılı olacaq. Bu səbəbdən Azərbaycanda məzənnə dəyişikliklərini yalnız bazar faktorları ilə izah etmək mümkün deyil. Burada əsas müəyyənedici amil həyata keçirilən pul-kredit və məzənnə siyasətidir”.

Sonda Vüqar Bayramov vurğulayıb ki, mövcud şəraitdə dolların qlobal möhkəmlənməsi fonunda manatın məzənnəsinin sabit saxlanılması siyasətinin davam etdirilməsi əsas prioritet olaraq qalır.

Məzənnə inzibati idarə olunur

İqtisadçı ekspert Natiq Cəfərli "Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanda dolların məzənnəsinin formalaşmasında klassik bazar iqtisadiyyatı mexanizmləri həlledici rol oynamır.

Onun sözlərinə görə, ölkədə tətbiq olunan məzənnə rejimi daha çox inzibati tənzimləmə xarakteri daşıyır və sərbəst bazar prinsipləri ilə tam uyğunlaşmır: “Azərbaycanda məzənnə tələb və təklif balansı əsasında sərbəst şəkildə formalaşmır. Bu, daha çox inzibati qaydalarla müəyyən edilən və dövlətin nəzarət etdiyi bir rejimdir. Yəni bazar faktorları ikinci planda qalır, əsas rolu isə idarəetmə mexanizmləri oynayır”.

Ekspert qeyd edib ki, manatın sabitliyi birbaşa ölkəyə daxil olan valyuta axınından, xüsusilə enerji sektorundan əldə olunan gəlirlərdən asılıdır: “Azərbaycan iqtisadiyyatı hələ də böyük ölçüdə neft gəlirlərindən asılıdır. Ölkəyə nə qədər çox neft dolları daxil olursa, manat da bir o qədər özünü sabit hiss edir. Bu, məzənnənin dayanıqlığını təmin edən əsas amillərdən biridir və bu baxımdan bazar mexanizmlərindən daha çox valyuta axını həlledici rol oynayır”.

Natiq Cəfərli vurğulayıb ki, mövcud şəraitdə məzənnədə baş verən dəyişikliklər bazarın təbii dalğalanmalarından çox, inzibati qərarlarla bağlı olur: “Bu səbəbdən Azərbaycanda məzənnə dinamikasını klassik bazar iqtisadiyyatı çərçivəsində izah etmək çətindir. Çünki burada əsas təsiredici faktor bazar deyil, dövlətin tətbiq etdiyi idarəetmə mexanizmləridir. Bu isə o deməkdir ki, məzənnə daha çox iqtisadi qərarlardan deyil, siyasi və inzibati yanaşmalardan asılı şəkildə formalaşır”.

Ekspert əlavə edib ki, uzunmüddətli perspektivdə məzənnənin daha dayanıqlı və proqnozlaşdırıla bilən olması üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu, həm valyuta asılılığını azalda, həm də məzənnənin bazar mexanizmlərinə daha yaxın formalaşmasına şərait yarada bilər".

Neft bahalaşır…

İqtisadçı ekspert Rəşad Həsənov isə "Xalq Cəbhəsi"nə bildirib ki, qlobal bazarlarda neftin qiymətinin artması Azərbaycana daxil olan valyuta axınını əhəmiyyətli dərəcədə artırır və bu, ölkənin əsas makroiqtisadi göstəricilərinə birbaşa təsir edir.

Onun sözlərinə görə, neft gəlirlərinin yüksəlməsi ilk növbədə xarici ticarət balansının möhkəmlənməsinə, tədiyyə balansında profisitin genişlənməsinə və strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır: “Bu proseslər ümumilikdə ölkənin maliyyə dayanıqlığını gücləndirir və hökumətin manatın məzənnəsini sabit saxlamaq siyasətini daha rahat şəkildə həyata keçirməsinə imkan verir. Azərbaycan gündəlik təxminən 450–500 min barel neft ixrac edir və bu baxımdan qiymətdə baş verən hər bir artım ölkəyə ciddi əlavə vəsait daxilolması deməkdir.Neftin qiymətində hər 1 dollar artım belə gündəlik yüz minlərlə dollar əlavə gəlir formalaşdırır. Aylıq və illik ölçüdə bu rəqəmlər daha böyük həcm alır. Hazırda isə qiymətlərin əvvəlki dövrlərlə müqayisədə xeyli yüksək olması ölkəyə milyardlarla dollar əlavə valyuta axını yaradır. Bu qədər böyük həcmdə valyuta daxilolmasına baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə baş vermir: “Azərbaycanda tətbiq olunan məzənnə rejimi sabitlik üzərində qurulub və bu siyasət uzun illərdir davam etdirilir. Hökumət ABŞ dollarının manata qarşı möhkəmlənməsi istiqamətində yaranan təzyiqləri ardıcıl şəkildə neytrallaşdırır və məzənnəni stabil səviyyədə saxlayır. Bu səbəbdən əlavə valyuta axını məzənnənin dəyişməsinə deyil, onun qorunmasına xidmət edir”.

Onun fikrincə, qlobal geosiyasi proseslər – xüsusilə müharibələr, enerji infrastrukturuna yönələn risklər, strateji marşrutlarla bağlı gərginliklər – neft qiymətlərinə təsir etsə də, bu amillər Azərbaycanda məzənnənin möhkəmlənməsinə səbəb olmur: “Bu cür proseslər daha çox mövcud sabit məzənnə siyasətinin davam etdirilməsi üçün əlavə maliyyə resursları yaradır. Artan gəlirlər manatın daha uzun müddət sabit saxlanması üçün imkanları genişləndirsə də, müəyyən risklər də mövcuddur...”.

Rəşad Həsənov onu da qeyd edib ki, hazırkı şərtlər daxilində neftin bahalaşması manatın məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarmır. Lakin bu amil milli valyutanın daha uzun müddət sabit saxlanmasına, mövcud məzənnə siyasətinin davam etdirilməsinə və iqtisadi sabitliyin qorunmasına mühüm töhfə verir.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Mart 2026 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see314

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see296

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see268

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see260

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see251

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see237

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see215

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see208

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see206

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see197

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see197

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see174

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see171

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see167

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see161

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see160

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see159

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

28 İyul 2026 01:38see157

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see152

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri