Icma.az
close
up
RU
Neft bazarında dalğalanma: kimi üçün xoş, kimi üçün naxoş perspektiv

Neft bazarında dalğalanma: kimi üçün xoş, kimi üçün naxoş perspektiv

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qara qızıl”ın ucuzlaşması dünya və ölkəmiz üçün hansı nəticələr doğuracaq?

Yerli və xarici ekspertlər neftin qiymətində azalma gözləyirlər. Donald Tramp administrasiyasının aqressiv ticarət siyasəti belə perspektivlərə gətirib çıxara bilər ki, bu da büdcəsində neftin bir barelinin qiymətinin 70 dollar olması əsasında qurulan hasilatçı ölkəmiz üçün ümumiyyətlə arzuolunmazdır.

Analitiklər hesab edirlər ki, Vaşinqtonun irimiqyaslı tarif məhdudiyyətlərinin tətbiqi qlobal ticarətə, qlobal ÜDM artımına və neftə olan tələbata mənfi təsir göstərəcək. Hər halda, heç kim belə tədbirlərin dünya ticarətində vəziyyətin yaxşılaşmasına və iqtisadi artıma töhfə verəcəyini gözləmir. Xüsusən də “J.P.Morgan” investisiya bankının hesablamalarına görə, bütün ölkələrdən ABŞ-a idxala tariflərin ilkin olaraq vəd edilən 10 faiz artırılması qlobal ÜDM-in artım tempinin 0,4 faiz azalmasına səbəb ola bilər.

Eyni zamanda, enerji resurslarının əsas istehlakçısı olan Çin iqtisadiyyatı ciddi tənəzzüllə üzləşəcək. Nəticədə yanacağa, xüsusən də logistika sektorunda geniş istifadə olunan dizelə tələbatın azalması riski var. Bu arada, dünya birjalarında qiymətlər ümumi eniş tendensiyası kontekstində müəyyən artım nümayiş etdirir.

İran neftinin daşınması və Çində emalı ilə bağlı olan on üç şirkət və səkkiz gəmiyə bir neçə gün əvvəl tətbiq edilən məhdudiyyətlərdən sonra Londonun “ICE Futures” birjasında martın 21-i səhər saatlarına “Brent” markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 72,16 dollar təşkil edib ki, bu da əvvəlki ticarət həcmindən 0,16 faiz çoxdur. Bir gün əvvəl bu kontraktlar 1,22 dollar (1,72 faiz) artaraq 72 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçersləri bu vaxta qədər 0,19 dollar (0,28 faiz) bahalaşaraq, bir barelə görə 68,26 dollar təşkil edib. Əvvəlki sessiyanın sonunda onlar 1,16 dollar (1,73 faiz) bahalaşaraq 68,07 dollar/barelə bərabər olub. Bugünlərdə başa çatan aprel müqavilələri 68,26 dollara yüksəlib.

Ekspertlər qeyd edirlər ki, ABŞ “qara qızıl”ın əsas istehsalçısı Səudiyyə Ərəbistanı və neft kartelinə öz təsirindən istifadə edərək qiymətlərin azaldılmasına nail olmaq niyyətindədir. İqtisadçı ekspert Natiq Cəfərli AYNA.AZ-a deyib ki, Donald Trampın qlobal ticarət müharibəsi perspektivi və nəticədə yanacaq sərfiyyatının azalmasını vəd edən aqressiv ticarət siyasəti barelin qiymətinin aşağı düşməsinə səbəb olacaq: “OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı qiymətlərin azalmasına səbəb olur. Neft alyansı ölkələri hasilatın azaldılması üçün könüllü kvotaları ləğv edərək, hasilatı artırmağa başlayacaq ki, bu da tədricən bazara əlavə 2,2 milyon barel neft çıxaracaq. Belə bir gələcək neftin ixracından çox asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzuolunmazdır”.

“Neftin qiyməti cari qiymət baxımından deyil, beynəlxalq birjalardakı orta kotirovkalar baxımından nəzərə alınmalıdır. Bu ilin iki ayında bir barel 80 dollara yaxın idisə, martda bu səviyyə 72-73 dollara düşüb. Bundan əlavə, apreldə orta qiymətin dövlət büdcəsində müəyyən edilmiş 70 dollardan aşağı olacağını gözləyirəm. Cari maliyyə ilinin birinci yarısını neftin orta qiyməti ilə kəsim səviyyəsinə yaxın başa vursaq belə, ilin ikinci yarısında qiymətlər bu səviyyədən aşağı düşə, sonda isə bir barelin orta qiyməti 60-65 dollar civarında ola bilər”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin bir dollar ucuzlaşması valyuta gəlirlərini gündə 500 min dollar azaldır: “Və əgər orta illik qiymət 65 dollar səviyyəsindədirsə, ökə gündə 2,5 milyon dollar, ayda 75 milyon dollar, ildə 900 milyon dollar itirəcək. Üstəlik, belə mənzərə hasilat şirkətlərinin gəlir və mənfəətini azaldır - bu da, bu mənbədən büdcəyə daha az valyuta gələcəyi deməkdir”.

İqtisadçılar öz arqumentlərini Trampın bir barel üçün 50 dollar istəməsi ilə bağlı əvvəlki açıqlamaları ilə əsaslandırırlar. İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, bir barelin maya dəyərinin belə əhəmiyyətli ucuzlaşması barədə danışmaq hələ tezdir.

“Lakin indi kotirovkalar 70 dollardan bir qədər yuxarıdır, yəni ötən ilin dekabrından bəri ən aşağı səviyyəyə çatıb. Bu vəziyyət daha da geriləmənin qaçılmazlığından xəbər verir və dövlət büdcəsi ilə bağlı narahatlıqlar yaradır”, - deyə o vurğulayıb.

Bütövlükdə, neft bazarı Yaxın Şərqdə geniş münaqişə ehtimalı ilə bağlı qiymətləri hələ müəyyənləşdirmir, baxmayaraq ki, qiymətlər bir gün əvvəl növbəti eskalasiya və ən əsası Çin iqtisadiyyatı üçün əlavə maliyyə stimulu xəbərləri ilə artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri