Neft dünyasında yenilik gündəlik hasilat kəskin artacaq
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Venesuela ilə ABŞ arasında energetika sahəsində əldə olunmuş iri miqyaslı neft sazişi 25 il müddətinə qüvvədə olacaq.
Hurriyyet.media xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges dövlət televiziyasında canlı yayımlanan müraciəti zamanı bildirib.
Ölkə rəhbərinin sözlərinə görə, bu 25 illik ikitərəfli layihə çərçivəsində gündəlik 1.5 milyon barel hasilat həcmi ilə 17 strateji neft yatağının işlənilməsi nəzərdə tutulur. Rodriges dəqiqləşdirib ki, günə 1.5 milyon barel göstəricisi yalnız başlangıc mərhələsidir, çünki növbəti mərhələlərdə daha səkkiz neft yatağının da istismara verilməsi planlaşdırılır.
Sazişin iqtisadi səmərəliliyini qiymətləndirən müvəqqəti prezident qeyd edib ki, neftin bir barelinin qiyməti 65 dollar götürülərsə, layihənin icrası Venesuelaya ümumilikdə 209 milyard dollar gəlir gətirəcək və satılan hər bareldən 19 dollar birbaşa Venesuelanın dövlət büdcəsinə daxil olacaq.
Delsi Rodriges vurğulayıb ki, Venesuela öz təbii sərvətləri üzərində suverenliyini və nəzarətini tam saxlayacaq, eyni zamanda ABŞ sanksiyalarından zərər görmüş neft sektorunun modernləşdirilməsi üçün lazım olan kapitalı, müasir texnologiyaları və bilikləri əldə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 30 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















