Neft kəskin ucuzlaşdı
Icma.az bildirir, Lent az portalına istinadən.
Neftin qiyməti kəskin artımdan sonra yenidən 100 dollardan aşağı düşüb.
Lent.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə müvafiq statistika məlumatlarında bildirilir.
Qeyd olunur ki, martın 9-da ICE birjasında keçirilən ticarət zamanı neftin qiyməti bir barel üçün 120 dollara qədər yüksəlib, lakin hazırda 95 dollar səviyyəsinə enib.
Qiymətlərin qismən sabitləşməsi Böyük Yeddilik (G7) ölkələrinin iqtisadiyyat nazirlərinin qlobal enerji təchizatını qorumaq üçün istənilən tədbirləri görməyə hazır olduqlarını, o cümlədən strateji ehtiyatlardan istifadə edəcəklərini bildirməsindən sonra baş verib.
Bundan əvvəl qeyd olunurdu ki, Yaxın Şərqdə silahlı münaqişə neft qiymətlərinin artmasına səbəb olub. Martın 9-da keçirilən hərraclarda "qara qızıl"ın qiyməti 26%-dən çox artaraq 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 10 Mart 2026 04:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















