Icma.az
close
up
RU
Neft qiymətləri ötən həftə 5 faizədək artıb

Neft qiymətləri ötən həftə 5 faizədək artıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 avqust, AZƏRTAC

Qlobal qeyri-müəyyənlik səbəbindən birjalarda neft qiymətləri ötən həftə ərzində təxminən 5 faiz bahalaşıb.

AZƏRTAC xəbər verir ki, yeni həftənin ilk ticarət günündə isə ABŞ-nin İrana qarşı gözlənilən yeni sanksiyaları və İranın bəzi İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verməsi fonunda neft qiymətləri ucuzlaşmağa başlayıb. Hazırda Londonun ICE birjasında “Brent” neftinin bir bareli 93 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı xam neftin bir bareli isə 85 dollardan yuxarı ticarət edilir. Ötən həftə hər iki markalı xam neftin qiyməti ABŞ və İran arasında sülh danışıqlarının dayandırılmasından sonrakı müddət ərzində ilk dəfə ardıcıl ikinci həftə artım nümayiş etdirib.

Ekspertlər hesab edirlər ki, ABŞ və İran arasında danışıqların dalana dirənməsi, Hörmüz boğazından neft daşınması ilə bağlı davam edən qeyri-müəyyənlik təchizatla bağlı narahatlıqları artırır, gərginliyin hərbi sahədən iqtisadi sahəyə keçməsi isə neft bazarlarında riskləri dərinləşdirir. Bazarlar ABŞ-nin İrana qarşı bu gün elan edilməsi gözlənilən yeni iqtisadi sanksiyalara diqqəti yönəldib. Tehran administrasiyası isə iqtisadi təzyiqə qarşı daha sərt qisas alacağı ilə bağlı açıqlamalar səsləndirib. Bütün bu proseslər, müharibədən əvvəl qlobal neft tədarükünün təxminən beşdəbirininin keçdiyi Hörmüz boğazından neft daşınmalarının əhəmiyyətli dərəcədə azalması səbəbindən enerji bazarlarında təchizatla bağlı narahatlıqları daha da artırır.

Analitiklərin fikrincə, ABŞ-nin İranı iqtisadi cəhətdən təcrid etmək siyasətinin nə dərəcədə uğurlu olacağı məlum deyil. Bildirilir ki, sanksiyalar gözlənilən effekti verərsə, İranın daha böyük güclə cavab vermə ehtimalı enerji bazarları üçün ciddi risk yarada bilər. İran hökumətindəki daha “mülayim fiqurlar” gərginliyi azaltmaq istəyir, sərt xətt tərəfdarları isə mübarizəni davam etdirmək istəyir. Həftənin sonuna qədər hansı tərəfin daha təsirli olduğu aydınlaşa bilər.

Bundan başqa, ABŞ-nin blokadası Tehranın neft daşınmasını azaldıb və bu da Çin alıcılarına İran nefti təkliflərinin azalmasına və həmin bazarda qiymətlərin artmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri