Neft qiymətləri Trampın İranla razılaşması ilə bağlı açıqlamalarından sonra düşüb
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, ticarət məlumatlarına görə, iki əsas neft müqaviləsi – "Brent" və "WTI" – təxminən 3,5% ucuzlaşıb.
Treyderlər İranın sanksiyaların aradan qaldırılması perspektivinə reaksiya verir və bu, İran neftinin dünya bazarına təchizatının artırılmasına yol aça bilər.
"Market nüvə razılaşmasının imzalanma ehtimalına köklənib, bu isə məhdudiyyətlərin götürülməsinə və İranın neft ixracının artmasına səbəb ola bilər", – deyə "AJ Bell"in investisiya direktoru Ras Mould qeyd edib.
Sanksiyaların tezliklə aradan qaldırılacağına dair gözləntilər artıq Böyük Britaniyanın neft nəhəngləri "BP" və "Shell"in qiymətlərinə mənfi təsir göstərib. Əgər razılaşma imzalansa, əlavə İran neftinin bazara daxil olması qiymətlərə təzyiqi artıraraq istehlakçılar üçün faydalı, amma istehsalçılar üçün risklər yarada bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















