Icma.az
close
up
RU
“Neft qiymətlərində sıçrayışlar baş verəcək” ŞOK GÖZLƏNTİ

“Neft qiymətlərində sıçrayışlar baş verəcək” ŞOK GÖZLƏNTİ

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yaxın Şərq dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rola malik bir bölgədir. Yaxın Şərq ölkələri Süveyş kanalının həm qərb, həm də şərq hissəsini daim neft və neft məhsulları ilə təchiz edən ölkələrdir.  Neft axın xətlərinin böyük əksəriyyəti Süveyş kanalı və Qırmızı dənizi üzərindən həyata keçirilir. Ona görə də Yaxın Şərqdə baş verən hər hansı uzunmüddətli geosiyasi gərginlik Qırmızı dənizin həm şərq, həm də qərb periferiyasında ciddi fəsadlar törədir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. O, bildirib ki, geosiyasi gərginlik neft və qaz qiymətlərinə təsirsiz ötüşmür:

“Geosiyasi gərginlik neft və qaz qiymətlərinə təsirsiz ötüşmür. Ən azından 5-10 dollar civarında qiymət artımları ilə müşahidə olunur. Yaxın Şərq dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rola malik bir bölgədir. Yaxın Şərq ölkələri Süveyş kanalının həm qərb, həm də şərq hissəsini daim neft və neft məhsulları ilə təchiz edən ölkələrdir.  

Neft axın xətlərinin böyük əksəriyyəti Süveyş kanalı və Qırmızı dənizi üzərindən həyata keçirilir. Ona görə də Yaxın Şərqdə baş verən hər hansı uzunmüddətli geosiyasi gərginlik Qırmızı dənizin həm şərq, həm də qərb periferiyasında ciddi fəsadlar törədir. Bölgənin neft statistikasına qısa diqqət yetirək. Məsələn, qlobal neft tədarükünün 20 faizi Hörmüz boğazı üzərindən həyata keçirilir. Cari ilin birinci rübündə Hörmüz boğazından qlobal neft bazarlarına gündəlik 13.2 milyon barel neft çıxarılıb. Bu qlobal tədarükün 20 faizə yaxını deməkdir. Bölgənin neft emalı zavodlarının gündəlik emal gücü 12.8 milyon bareldir. 

Bu qlobal emal gücünün 13 faizini təşkil edir. Yaxın Şərq ölkələrinin gündəlik neft və kondensat hasili təxminən 26.6 milyon bareldir. Bu qlobal neft və kondensat hasilatının 32 faizi deməkdir. Sonda Süveyş kanalı üzərindən Aralıq dənizinə gündəlik 4.1 milyon barel xam neft çıxarılır. Bu Körfəz ölkələrinə aid olan neft həcmləridir”. 

Ekspert qeyd edib ki, əgər bu bölgədə tədarük pozularsa, müxtəlif bazarlarda ciddi problemlər yaranacaq:

“Əgər bu bölgədə tədarük pozularsa, təbii ki, həm Avropa, həm Aralıq dənizi, həm də Asiya enerji bazarlarında çox ciddi problemlər yaşanacaq. Artıq İran dünən İsrailin Hayfada yerləşən 2 neft emalı zavodlarından birini raketlə vurdu. Məlum olduğu kimi, İsrailin 2 neft emalı zavodu var. Hayfa və Aşdod. 2 neft emalı zavodunun birlikdə illik emal gücü təxminən 14 milyon tona yaxındır. Zavodların vurulması eyni zamanda neftə olan tələbatı da aşağı salır. 

Artıq Fars körfəzində yaranmış kritik vəziyyətlə bağlı bir çox dəniz-nəqliyyat şirkətləri aktivlərində olan tankerləri bura göndərməkdən imtina edir. Yaxud daşıma qiymətlərini kəskin şəkildə yüksəldirlər. Bu, neft və neft məhsullarının daşınmasında sığorta qiymətlərinin də artmasına səbəb olacaq. Analoji vəziyyət dünya bazarlarında qaz qiymətlərinə də təsir edəcək. Çünki Qətər dünyanın aparıcı mayeləşmiş təbii qaz ixrac edən ölkələrindəndir. 

Gündəlik, mayeləşmiş təbii qazın 1/5-i məhz Hörmüz boğazı üzərindən dünya bazarlarına çıxır. Ona görə də, bölgədə hərbi əməliyyatların uzun müddət davam etməsi, təbii ki, neft-qaz və eyni zamanda neft məhsullarının qiymətinə əhəmiyyətli təsir göstərəcək. Qaldı ki, neft qiymətlərinin çox yüksək həddə çatması, bu elə də gözlənilən deyil. Çünki analitiklər əsas şərt olaraq hesab edir ki, İran Hörmüz boğazını bağlaya bilər. Əslində bu belə deyil. İran Hörmüz boğazını bağlaya bilməz. Bu, ilk növbədə onun beynəlxalq nüfuzuna ciddi zərər gətirər. Eyni zamanda belə bir addım İranın iqtisadi və siyasi maraqlarına uyğun deyil. Təbii ki, bölgədə geosiyasi gərginlik uzun müddət davam edərsə, bu neft qiymətlərinə təsirsiz ötüşməyəcək və qiymətlərdə sıçrayışlar baş verəcək”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri