“Geosiyasi risklər artarsa, neft üçün müsbət gözlənti dəyişə bilər” İQTİSADÇI
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“2027-ci illə bağlı ABŞ Energetika İnformasiyası Administrasiyasının gözləntiləri yaxşıdır, hətta sevindiricidir. Deyirlər ki, gələn il neftə olan orta gündəlik qlobal tələbat 104,8 mln bareldən 106,1 mln barelədək yüksələcək”.
Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:
“Bu məntiq yalnız o halda işləyir ki, Venesuela, İran və Qrenlandiya kimi risklər ya bu il həllini tapsın, ya da ən azı 2027-yə doğru böyüməsin. Yəni risklərin sistemli böhran səviyyəsinə çıxacağı gözlənilmir”.
Eldəniz Əmirov hesab edir ki, qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır:
“Ona görə ki, investisiya real sektordan çıxaraq qızıl kimi aktivlərə yönəlir. Onda da neft qiymətləri üçün yaxşı nəsə gözləmək olmur”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















