Neftçalada evdə təmir zamanı partlayış olub, ölən və xəsarət alan var
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Neftçala, 28 may, Aydın Yavərzadə, AZƏRTAC
Neftçalada fərdi yaşayış evində baş verən partlayış daha sonra yanğına çevrilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Belə ki, fərdi yaşayış evində Bayram Əzizov və qardaşı Babək Əzizov təmir işləri görən zaman partlayış olub və daha sonra yanğın baş verib. Hadisə zamanı Bayram Əzizov ölüb, Babək Əzizov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















