Icma.az
close
up
RU
Neftçalada Konstitusiya günü münasibətilə tədbir keçirilib

Neftçalada Konstitusiya günü münasibətilə tədbir keçirilib

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

12  noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində  Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə “Azərbaycan Konstitusiyası – Milli tərəqqinin hüquqi əsası” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, inzibati ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri düzüblər və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qeyd edib ki, 30 il öncə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası xalqımızın suverenliyinin, müstəqilliyinin və milli birliyinin rəmzidir. Azərbaycan Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideallarının və hüquqi islahatlarının bünövrəsini təşkil edir. Bu sənəd xalqın iradəsini ifadə edən, insan hüquq və azadlıqlarını qoruyan, ölkəmizin demokratik inkişafını təmin edən ali qanundur. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın prinsiplərinə əsaslanan islahatlar uğurla həyata keçirilir, Azərbaycan dövləti hüquqi, iqtisadi və siyasi baxımdan daha da möhkəmlənir. Azərbaycan Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi və xalqın azad iradəsini özündə ehtiva edən tarixi bələdçidir.  Cari ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması bu ali sənədin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha ön plana çıxarır, Konstitusiyanın dəyərlərinə sadiqliyin və milli suverenliyin qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarda da bərqərar olub.

Daha sonra çıxış edənlər - Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Neftçala rayon prokuroru, ədliyyə müşaviri Zeynal Zeynalov, rayon qeydiyyat şöbəsinin rəisi Tural Qafarlı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev  Azərbaycan Konstitusiyasının dövlətin hüquqi əsaslarının formalaşmasında, insan hüquq və azadlıqlarının təmin olunmasında, demokratik və hüquqi dövlət quruculuğunda oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, vətəndaş cəmiyyəti prinsiplərinin inkişafında və qanunçuluğun təminatında mühüm əhəmiyyət kəsb edir. 

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin siyasi, sosial və hüquqi həyatında yeni mərhələnin əsasını qoyub. Məhz bu sənəd sayəsində ölkədə idarəetmə, qanunvericilik və hüquq sistemləri müasir demokratik prinsiplərə uyğun şəkildə formalaşdırılıb.

Sonda Azərbaycan Konstitusiyasının əhəmiyyəti və dövlətçilik tariximizdə oynadığı roldan bəhs edən videoçarx nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri