Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Sahiloba kəndinin sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sarıqamış kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Sahiloba kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Qədim tarixi yurdumuz Qərbi Azərbaycan zəngin milli və mədəni irsimizin diyarıdır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, tarixi mənbələrə əsasən, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar burada min illərlə formalaşan mədəni mühitin qurucusu olublar. Urmiya, Təbriz, Göyçə, Zəngəzur, İrəvan kimi bölgələr yalnız fiziki coğrafiya deyil, həm də Azərbaycan musiqisinin, poeziyasının, memarlığının, xalq sənətinin inkişaf etdiyi mərkəzlər olub. Məşhur aşıqlar, şairlər, alimlər və sənətkarlar bu torpaqlarda doğulub, öz yaradıcılıqları ilə milli kimliyimizi zənginləşdirmələri haqqında iştirakçılara geniş məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Qərbi Azərbaycan əsrlər boyu Azərbaycan xalqının yaşayıb yaratdığı, zəngin tarixi və mədəni irsi ilə seçilən müqəddəs bir yurd yeridir. Bu ərazi təkcə coğrafi məkan deyil, həm də xalqımızın yaddaşında silinməz izlər buraxmış, mədəniyyətimizin, memarlığımızın və milli dəyərlərimizin daşıyıcısı olmuş bir vətən guşəsidir.

Rayon İcra hakimiyyətinin başçısı Qərbi Azərbaycanın memarlıq abidələri ilə zəngin olmasına da xüsusi diqqət çəkib. O qeyd edib ki, İrəvan qalası, Göy məscid, Sərdar sarayı, qədim mədrəsələr, körpülər və karvansaralar bu torpaqlarda Azərbaycan mədəniyyətinin canlı izlərini bu günədək qoruyub saxlayır. Təəssüf ki, zaman-zaman baş verən siyasi hadisələr nəticəsində bu irsimizə qarşı mənimsəmə və məhv etmə cəhdləri də olub. Lakin xalqımız bu abidələrin tarixi və mənəvi dəyərini heç vaxt unutmur. Bu gün də Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutur. Orada doğulub ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri