“Neftçi” FK ukraynalı hücumçu üçün danışıqlara başlayıb
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yay transfer dönəminin fəal komandalarından olan “Neftçi” futbol klubunun maraq dairəsinə düşən daha bir futbolçu müəyyənləşib.
İdman.Biz Ukrayna mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” “Zarya”nın hücumçusu Filipp Budkovskini heyətinə qatmaq niyyətindədir.
Paytaxt təmsilçisi ilə yeni müqavilə imzalayan baş məşqçi Yuri Vernidub həmyerlisini sərəncamında görmək istəyir. Vernidub hələ ilin əvvəlində ölkəsinin mətbuatına açıqlamasında Budkovskini çox bəyəndiyini demişdi.
34 yaşlı mərkəz hücumçusunun həm özü, həm də klubu ilə danışıqlar aparılır. Ukrayna millisinin sabiq üzvü Belçika, Rusiya və Fransadan sonra Azərbaycanda da legioner həyatı yaşaya bilər.
Qeyd edək ki, Filipp Budkovski ötən mövsüm 29 oyunda 13 qol vurub, iki məhsuldar ötürmə verib. Onun “Zarya” ilə müqavilə müddəti 2027-ci ilin sonuna qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















