Icma.az
close
up
RU
“Neftçi” mövsümdə ikinci dəfə “İmişli” ilə bacarmadı

“Neftçi” mövsümdə ikinci dəfə “İmişli” ilə bacarmadı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Neftçi (Bakı) - İmişli 2:3 (1:1)
13. Kenan Piriç - 5,5
24. Mustafa Sek - 5,0
(22. Luis Ortis, 67) - 5,0
5. İqor Ribeyro - 5,0
15. Elvin Bədəlov - 5,0
77. Falaye Sako - 4,5
(17. Murad Xaçayev, 67) - 4,0
8. Emin Mahmudov (k) - 6,0
18. İfeanyi Metyu - 5,5
11. İmad Faraj - 5,5
10. Freddi Varqas - 6,5
(47. Murad Məmmədov, 90+3) - qiymətsiz
23. Cordan Rezabala - 5,5
(9. Bassala Sambu, 67) - 3,5
45. Vensan Abubakar - 6,0
(19. Ağadadaş Salyanski, 76) - qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
93. Rza Cəfərov
7. Emil Səfərov
6. Sessi D’Almeyda
27. Kristian Kostin
Məşqçi: Mübariz Orucov
Komandanın ən yaxşısı: Freddi Varqas
33. Andrey Sinenka - 6,0
29. Edvin Banquera - 7,0
19. Azər Salahlı (k) - 6,5
14. Ronaldo Rodriges - 6,0
23. Dioqo Rollo - 6,5
94. Rafael Vieqas - 6,0
17. Ezekyel Morqan - 6,5
6. Yau Mozes - 6,0
(21. Abbas Ağazadə, 60) – 5,0
7. Juninyo - 6,5
(44. Həzrət İsayev, 90+3) – qiymətsiz
10. Nikola Karaklaiç - 5,5
(5. İdris İnqilablı, 81) – qiymətsiz
9. Dioqo Almeyda - 6,0
(22. İbrahim Əliyev, 81) – qiymətsiz
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
99. İmam Əli
77. Elmir Rəhimzadə
97. Xəzər Mahmudov
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı. Edvin Banquera
Qollar: V.Abubakar, 11-p. (1:0). E.Morqan, 13 (1:1). E.Mahmudov, 60 (2:1, F.Varqas). D.Rollo, 63 (2:2, E.Banquera). E.Banquera, 88 (2:3, Juninyo).
Vərəqələr: E.Bədəlov, 18 (qeyri-idman hərəkəti). Y.Mozes, 45 (qeyri-idman hərəkəti). R.Rodriges 55 (qeyri-idman hərəkəti). A.Salahlı, 65 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
23 noyabr. Bakı. “Palms Sports Arena”. 1200 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyundan əvvəl “Neftçi” bu matçda da xal itirəcəyi təqdirdə Samir Abasovun istefaya göndəriləcəyi deyilirdi. Buna görə də futbolçular ən azı baş məşqçi üçün meydanda can qoymalıydı. Azarkeş isə yenə də gözə dəymirdilər. Nəinki azarkeşlərin, media sektorunda həmkarlarımızın da sayı az idi.

Əslində matç paytaxt təmsilçisinin istədiyi kimi başladı. 6-cı dəqiqədə Abubakar rəqibin cərimə meydançasında yerdə qaldı və komandasına penalti qazandırdı. Düzdü, epizoda VAR-da uzun-uzadı baxılmasının səbəbini bilmədik. Abubakar “nöqtə”yə yaxınlaşaraq soyuqqanlı şəkildə topu qapıdan keçirdi. Lakin cəmi 2 dəqiqə sonra künc zərbəsindən sonra edilən asmadan qayıdan topa Morqan saxlamadan, baxımlı zərbə vurdu və hesab bərabərləşdi. Qalan dəqiqələrdə hər iki tərəfin cəhdləri olsa da, yaddaqalan hücumlar olmadı. Hissənin sonuna qədər. 44-cü dəqiqədə Abubakar Rollo ilə çətin mübarizədən qalib ayrıldı, hətta qapıya zərbə də vurdu, lakin Sinenka inamla topu dəf etdi. 45+1-ci dəqiqədə Abubakarın cinahdan ötürməsindən sonra kombinasiya davam etdi, Emin üçün əla şans yaransa da, o, qapıya düşə bilmədi. Görünür, hər iki məşqçi oyunun axarından razı idi ki, fasilədə heç bir dəyişiklik olmadı.
İkinci hissənin əvvəlində “İmişli” qola çox yaxın oldu. Almeydanın qapıya zərbəsindən sonra Piriç yaxşı seyv etdi. 7 dəqiqə sonra “Neftçi” də fərqlənə bilərdi. Azərdən təhlükəli nöqtədə topu alan Varqas Metyu ilə oynadı, Sinenka bu dəfə də özünü topun qarşısında sipər edərək, hesabın “Neftçi”nin xeyrinə dəyişməsinə mane oldu. 56-cı dəqiqədə Eminin cərimə zərbəsinin qola çevrilməsinə yenə də Sinenka mane oldu. 60-cı dəqiqədə bakılılar növbəti dəfə hesabda irəli çıxdı.Varqasın ötürməsindən sonra Emin topu yaxın küncdən qapıya göndərdi. 3 dəqiqə sonra isə “Neftçi” tarixində buraxılan ən biabırçı qollardan birini izlədik. Banquera autdan topu cərimə meydançasına ötürdü. Piriç daxil cərimə meydançasında 8 nəfər olsa da, heç kim Rolloya mane ola bilmədi və top qapıdan keçdi. 79-cu dəqiqədə Eminin ötürməsindən sonra Ortis qapıya zərbə endirdi, bu dəfə Sinenka çox yaxşı oynadı. Bu dəqiqələrdə “Neftçi” rəqibi tam meydanın özünə aid hissəsinə sıxışdırmışdı. Qolun qoxusu gəlirdi. Qol da oldu. Amma... 88-ci dəqiqədə əks-hücuma çıxan Kaşkilyanın komandası hesabı öz xeyrinə dəyişdi. Banqueranın Juninyoya, Juninyonun Banqueraya ötürməsi sonda qolla nəticələndi. Elvin və Ribeyro isə bu gözəl hücumu azarkeş kimi izlədi, heç nə edə bilmədi.
Beləliklə, “İmişli” növbəti qələbəsini qazançaqla xalını 15-ə çatdırdı. “Neftçi” isə 1-ci dövrədə, avqustda keçirilən oyunda olduğu kimi, yenə də “İmişli”ni – elitanın debütantını məğlub edə bilmədi.
Gözdən qaçmadı
* 36-cı dəqiqədə Cavid Cəlilov Almeydadan sepi texniki zonaya verməyi tələb etdi. O, sepi corabın içinə qoymağa çalışsa da, Cəlilovun təkidindən sonra ehtiyat oyunçular skamyasında oturan komanda yoldaşlarından birinə verdi.
* “İmişli” 3-cü qolu vurandan sonra azarkeşlər “istefa” şüarları səsləndirdi, “Forza Neftçi” onlara qoşulmadı.
* Matç bitəndən sonra Murad Məmmədov hönkür-hönkür ağlayırdı. Emil Balayev onunla təklikdə söhbət edib sakitləşdirməyə çalışırdı.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri