Icma.az
close
up
RU
Neftçi nin bu vəziyyətindən belə qorxanlar var: Bəs ədalət? VİDEO

Neftçi nin bu vəziyyətindən belə qorxanlar var: Bəs ədalət? VİDEO

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Neftçi” yenə bacarmadı. Komanda nə ölkə kubokunun finalına, nə də avrokuboklara çıxa bilmədi. Konfrans Liqası üçün formal şans var. O da ki, gərək “Araz-Naxçıvan”, “Turan Tovuz” ardıcıl 5 oyun uduzsun, “Sabah” da 3-4 dəfə xal itirsin. Yəqin ki, siz də bunların olacağına inanmırsız. Elə mən də inanmıram. Heç qonşumuz Qadir əmi də inanmır. 

O da küsüb “Neftçi”dən. Daha baxmır oyunlara. Heyətdən Emin Mahmudovdan başqa futbolçunu da tanımır. Gözünü açandan bu komandanı görüb, uğurlarına sevinib, SSRİ-də ölkəsini təmsil edən “Neftçi” ilə qürur duyub. İndi nə SSRİ var, nə də “Neftçi”si. Özü belə deyir. Birincisinin olmamasına sevinir, ikincisindən söhbət düşən kimi mövzunu dəyişir, danışmaq istəmir. 

Əslində, artıq mən də bu klubdan danışmaq istəmirəm. Tərtəmiz Bakılıyam. Tovuzlular üçün “Turan”, lənkəranlılar üçün “Xəzər”, gəncəlilər üçün “Kəpəz” nədisə, mənimçün də “Neftçi” odur. Bakının son qalasıdır, Tofiq Bəhramov adına Respublika stadionudur, Qız qalasıdır, İçərişəhərdir. Bir klub ki, şəhərin bir əsrlik tarixini özündə ehtiva edir və heç bir şey onu Bakıdan, Bakını da ondan ayrı sala bilməz. 

Bəziləriniz üçün “Neftçi” öz missiyasını çoxdan başa vurub. Hətta bəziləriniz “Neftçi”ni ölkə futbolundan silməyə başlayıb. Amma unutmayın, “Neftçi”ni tarixdən silsəz, ədəbiyyatdan silə bilməyəcəksiz. Ədəbiyyatdan silsəz, tarixdən silə bilməyəcəksiz. Nə qədər ki, ölkədə futbol var, “Neftçi” də var olacaq. Uzun sözü qısası, ölkə futbolunun ögey övladı ötən gün yenə uduzdu. Növbəti dəfə mövsümü qurtara biləcək həlledici oyunda məğlub oldu. Komanda ötən il olduğu kimi, yenə “Sabah”dan alınan yenilgi ilə avrokuboklardan kənarda qaldı. 

Çox keçmədən “Neftçi” “Sumqayıt”la qarşılaşdı. “Neftçi”yə qarşı edilən haqsızlıqlar yenə də davam etdi. Hakim komandanın təmiz qolunu saymadı. Buna rəğmən, “ağ-qaralar” 0:2 hesabı ilə geri düşdüyü səfərdən 1 xalla qayıtdı. Ağadadaşın epizodunda hakim qolu niyə qeydə almadı, bu da müəmmadır. Ofsaytdan söhbət belə gedə bilməz. Məsələ əllə toxunuşdursa, videokadrlarda da görünür ki, top ələ dəyməyib. Heç bir qayda pozuntusu yoxdur, amma “Neftçi”nin qolu qeydə alınmır. Hələ Edvin Kuçun yerdə qaldığı epizodda niyə penalti verilmədi? Verilməsi üçün daha nə olmalıdır orda? 

Son 12 ildə cəmi 1 çempionluğu olan kluba qarşı belə qərəzlisiz. Fariz Yusifovun Suraxanıda çıxardığı hoqqalar, “Neftçi”nin qapısına təyin olunan saxta penaltilər, mövsümün ən önəmli oyunu öncəsi komandanın tək hücumçusunu olmayan qırmızı vərəqə ilə cəzalandırmaq… Adamı lap futboldan iyrəndirirsiz. 
Nə olub, belə çəkinirsiz “Neftçi”dən? Başqa vaxt danışanda “o dövran getdi” daha deyirsiz. Dediyinizlə etdiyiniz üst-üstə düşmür. Amma bir həqiqət var, Dövlət bəyin ölüsü də gözəldir!

"Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya MOİK-in məşqçisinə iki oyunluq cəza AFFA klubları cərimələdi Tura 4 matçla yekun vurulacaq AFFA-da koordinator və klub nümayəndələri ilə görüş
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri