Icma.az
close
up
RU
Neftçi nin bu vəziyyətindən belə qorxanlar var: Bəs ədalət? VİDEO

Neftçi nin bu vəziyyətindən belə qorxanlar var: Bəs ədalət? VİDEO

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” yenə bacarmadı. Komanda nə ölkə kubokunun finalına, nə də avrokuboklara çıxa bilmədi. Konfrans Liqası üçün formal şans var idi. Onun üçün də gərək “Araz-Naxçıvan”, “Turan Tovuz” ardıcıl 5 oyun uduzardı, “Sabah” da 3-4 dəfə xal itirərdi. Yəqin ki, siz də bunların olacağına inanmırdız. Elə mən də inanmırdım. Heç qonşumuz Qadir əmi də inanmırdı. 

O da küsüb “Neftçi”dən. Daha baxmır oyunlara. Heyətdən Emin Mahmudovdan başqa futbolçunu da tanımır. Gözünü açandan bu komandanı görüb, uğurlarına sevinib, SSRİ-də ölkəsini təmsil edən “Neftçi” ilə qürur duyub. İndi nə SSRİ var, nə də “Neftçi”si. Özü belə deyir. Birincisinin olmamasına sevinir, ikincisindən söhbət düşən kimi mövzunu dəyişir, danışmaq istəmir. 

Əslində, artıq mən də bu klubdan danışmaq istəmirəm. Tərtəmiz Bakılıyam. Tovuzlular üçün “Turan”, lənkəranlılar üçün “Xəzər”, gəncəlilər üçün “Kəpəz” nədisə, mənimçün də “Neftçi” odur. Bakının son qalasıdır, Tofiq Bəhramov adına Respublika stadionudur, Qız qalasıdır, İçərişəhərdir. Bir klub ki, şəhərin bir əsrlik tarixini özündə ehtiva edir və heç bir şey onu Bakıdan, Bakını da ondan ayrı sala bilməz. 

Bəziləriniz üçün “Neftçi” öz missiyasını çoxdan başa vurub. Hətta bəziləriniz “Neftçi”ni ölkə futbolundan silməyə başlayıb. Amma unutmayın, “Neftçi”ni tarixdən silsəz, ədəbiyyatdan silə bilməyəcəksiz. Ədəbiyyatdan silsəz, tarixdən silə bilməyəcəksiz. Nə qədər ki, ölkədə futbol var, “Neftçi” də var olacaq. Uzun sözün qısası, ölkə futbolunun ögey övladı ötən gün yenə uduzdu. Növbəti dəfə mövsümü qurtara biləcək həlledici oyunda məğlub oldu. Komanda ötən il olduğu kimi, yenə “Sabah”dan alınan yenilgi ilə avrokuboklardan kənarda qaldı. 

Çox keçmədən “Neftçi” “Sumqayıt”la qarşılaşdı. “Neftçi”yə qarşı edilən haqsızlıqlar yenə də davam etdi. Hakim komandanın təmiz qolunu saymadı. Buna rəğmən, “ağ-qaralar” 0:2 hesabı ilə geri düşdüyü səfərdən 1 xalla qayıtdı. Ağadadaşın epizodunda hakim qolu niyə qeydə almadı, bu da müəmmadır. Ofsaytdan söhbət belə gedə bilməz. Məsələ əllə toxunuşdursa, videokadrlarda da görünür ki, top ələ dəyməyib. Heç bir qayda pozuntusu yoxdur, amma “Neftçi”nin qolu qeydə alınmır. Hələ Edvin Kuçun yerdə qaldığı epizodda niyə penalti verilmədi? Verilməsi üçün daha nə olmalıdır orda? 

Son 12 ildə cəmi 1 çempionluğu olan kluba qarşı belə qərəzlisiz. Fariz Yusifovun Suraxanıda çıxardığı hoqqalar, “Neftçi”nin qapısına təyin olunan saxta penaltilər, mövsümün ən önəmli oyunu öncəsi komandanın tək hücumçusunu olmayan qırmızı vərəqə ilə cəzalandırmaq… Adamı lap futboldan iyrəndirirsiz. 
Nə olub, belə çəkinirsiz “Neftçi”dən? Başqa vaxt danışanda “o dövran getdi” daha deyirsiz. Dediyinizlə etdiyiniz üst-üstə düşmür. Amma bir həqiqət var, Dövlət bəyin ölüsü də gözəldir!

Aleksandr İsak: İsveç Millisinin Parlayan Ulduzu Ziyeş "Çelsi"yə qayıda bilər De Bruyne üçün yeni müştəri Coşqun oynadı, komandası heç-heçə etdi "Azərreyl" zirvəni əldən vermir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 İyun 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri