Neftçi nin yay hazırlıq planı bilindi Türkiyəyə yox, bu ölkəyə gedəcək
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi"nin yay hazırlıq planı qismən bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" iyunun sonunda Bakıda bir araya gəlməyi planlaşdırır.
Təlim-məşq toplanışının ilk mərhələsi ölkədə olacaq. Paytaxt təmsilçisi iyulun ilk günlərində ölkə xaricinə yollanacaq. "Neftçi" Polşada hazırlıq keçməyi qərarlaşdırıb.
Ölkə xaricindəki hazırlıq prosesində bir neçə yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adları yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanı 6-cı sırada başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.
Mirağa
Baxış sayı:63
Bu xəbər 04 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















