Neftçi Qarabağla oyuna itkilərlə çıxacaq
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 15-ci turunda bu gün “Qarabağ”la qarşılaşacaq “Neftçi” oyuna itkilərlə çıxacaq.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Emin Mahmudov və Azər Salahlı zədə səbəbindən bu görüşü buraxacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Ayağında ağrıları olan qambiyalı hücumçu Dembo Darbonun oynaması isə sual altındadır.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlayacaq.

