Icma.az
close
up
RU
“Neftçi” Qurban Qurbanova doğum günündə “hədiyyə verə bilmədi”

“Neftçi” Qurban Qurbanova doğum günündə “hədiyyə verə bilmədi”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Edvin Kuç 24-cü dəqiqədə Aydın Bayramovun qapısından 2-ci qolu keçirəndə, yəqin ki, “Qarabağ” azarkeşləri qəlbinin dərinliyində çempionluq mahnıları oxumağa, telefona sarılıb bir-birini təbrik etməyə başladı. Axı gün də belə əlamətdar hadisə üçün çox münasib idi. Müasir “Qarabağ”ın uğurlarının memarı Qurban Qurbanov məhz həmin gün – aprelin 13-də 53 yaşını tamamlayırdı. Ardıcıl 4-cü, klubu tarixindəki 12-ci çempionluq necə də yerinə düşərdi?! Amma olmadı, “Qarabağ” camiəsi indi ən azı növbəti turu gözləməlidi.

Misli premyer-liqasının 3-cu turu əsasən qonaqlar üçün düşərli oldu. Meydan sahiblərindən yalnız “Turan Tovuz” qalib gəldi, “Kəpəz” heç-heçə etdi. Daha bir önəmli məqam turun üç geridönüş, əzmkar qələbə ilə yadda qalmasıdı. “Şamaxı” ilə “Turan Tovuz” 1, “Zirə” 2 topun əvəzini çıxa bildi.
Turun ilk oyununda “Səbail” lider son çempion “Qarabağ”ı qəbul etdi. “Dənizçilər”in qapısına qol vurmaq üzrə “ixtisaslaşan” Leandro Andrade bu matçda həm het-trik etdi, həm də məhsuldar ötürmə verdi. Ötən mövsüm martda çempionluğu təmin edən “Qarabağ” bu mövsüm artıq növbəti turda 12-ci çempionluğunu rəsmiləşdirə bilər.
“Səbail”dən isə danışmağa dəyməz. Bəlkə də Elvin Məmmədov üç oyunda 2 xal toplamağı uğur sayır. Amma yolun sonunda 1-ci liqaya yuvarlanmaq varsa, bunun nəyi uğurdu?!
Turun Tovuzda keçirilən mərkəzi oyununda nə baş verdi? Həmişə sakit görünən Kurban Berdıyev emosiyalarına heç cür hakim ola bilmədi. Belədə FİFA referisi Elçin Məsiyev onu cəzalandırmaqdan çəkinmədi. Amma oyunun taleyini bu yox, Pavol Şafrankonun gördüyü qırmızı vərərə həll etdi. Slovakiyalı hücumçu hesabda irəlidə olan “Sabah”ın taleyini müəyyənləşdirdi. Səfərdə, çılğın azarkeşlər önündə qələbə hesabını qorumaq çətin idi. Xüsusən də Vasili Berezutski kimi təcrübəsiz məşqçi üçün “Sabah” azarkeşlərinin qorxduğu başına gəldi. Fasilədən sonra daha böyük qüvvə ilə irəli atılan “Turan Tovuz” qısa zaman kəsiyində vurduğu iki qolla çox vacib qələbə qazandı. Bu qələbənin sonrdan tovuzluları həm də “Araz-Naxçıvan”a yaxınlaşdırdığı bəlli oldu. Son 8 oyunda qələbəyə həsrət qalan “Sabah”ın isə gözünü kuboka dikməkdən başqa yolu yoxdu.
Şənbə günü həm də “Sumqayıt”la “Şamaxı” üz-üzə gəldi. Ötən tur doğma azarkeşləri qarşısında “Neftçi”yə 2 cavabsız qolla uduzan Ayxan Abbasovun komandası 3 xal üçün əlindən gələni edəcəkdi. “Şirlər”in həm 9-cu pilləyə “yuvarlanmaq”, həm də 7-ci pilləyə yüksəlmək ehtimalı var idi. Meydan sahibləri fasiləyə üstün yollansa da, qələbəni qoruya bilmədi. Belədə “Şamaxı” “Sumqayıt”ı geridə qoymağı bacardı. Necə deyərlər, iştah diş altındadı. Hələ bir-iki pillə də irəliləmək olar.
Bazar günü keçirilən oyunlardan birincisində qapılara top vurulmadı. Amma 90 dəqiqə ərzində “Kəpəz”lə “Araz-Naxçıvan” arasında gərgin mübarizə getdi. Ümumilikdə oyunu iki hissəyə bölərdik. Birinci hissədə söz sahibi “Araz-Naxçıvan” idisə, ikincidə “Kəpəz” dominantlığı bacardı. Əslində bu 1 xal sayəsində “Səbail”dən bir qədər də uzaqlaşan “sarı-göylər”i artıq elitada yerini qorumaları münasibəti ilə təbrik etmək olar. Amma Gəncə kimi futbol şəhəri 9-cu yeri haqq edirmi – bu artıq başqa söhbətin mövzusudu.
Turun son matçında “Zirə” daha baxımlı oyun nümayiş etdirdi. “Neftçi” iki top önə çıxandan sonra “qartallar”ın belə geridönüş edə biləcəyinə inananların sayı az idi. Ancaq nə etmək olar? Samir Abasovun “Neftçi”si izaholunmaz özəlliklərə malikdi. Komanda önə çıxa, qəfil üstünlüyü əldən verə bilr, lazım olanda oyunun axarını dəyişməyi bacarmır. Nəticə isə belə - 2:4 hesablı acı məğlubiyyətdi. Halbuki qələbə “ağ-qaralar”ı 5-ci pilləyə yüksəldəcək, kubokun cavab görüşü ərəfəsində əlavə özünəinam qazandıracaqdı.
Misli premyer-liqası
4-cü dövrə, 30-cu tur
11 aprel
Səbail – Qarabağ 1:4
12 aprel
Turan Tovuz – Sabah 2:1
Sumqayıt – Şamaxı 1:2
13 aprel
Kəpəz – Araz-Naxçıvan 0:0
Neftçi – Zirə 2:4

1. Qarabağ 30 23 4 3 74-18 73
2. Zirə 30 18 4 8 51-25 58
3. Araz-Naxçıvan 30 14 10 6 30-23 52
4. Turan Tovuz 30 12 11 7 37-34 47
5. Sabah 30 7 15 8 40-40 36
6. Neftçi 30 8 11 11 30-40 35
7. Şamaxı 30 8 7 15 27-38 31
8. Sumqayıt 30 8 5 17 24-43 29
9. Kəpəz 30 7 7 16 24-53 28
10. Səbail 30 4 8 18 23-46 20
Bombardirlər: Leandro Andrade (Qarabağ) – 14, Cesse Sekidika (Sabah), Davit Volkov (Zirə) – 10, Felipe Santos (Araz-Naxçıvan), Salifu Suma, Rafael Utziq (hər ikisi “Zirə”) – 9.
Növbəti turun oyunları aprelin 18-20-si aralığında keçiriləcək: “Araz-Naxçıvan” – “Turan Tovuz”, “Sabah” – “Səbail”, “Qarabağ” – “Neftçi”, “Şamaxı” – “Kəpəz”, “Zirə” – “Sumqayıt”.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri