Icma.az
close
up
RU
“Neftçi” üçün bütövləşmək zamanı

“Neftçi” üçün bütövləşmək zamanı

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” oyunundan öncə “Neftçi” son oyunlardakı çıxışı barədə fikirlərimizi ortaya qoymuşduq. Komandada yüksəliş olduğunu və artıq yaxşı mənada oyanışın hiss olunduğunu qeyd etmişdik. “Qarabağ” görüşündə nəticə yaxşı olmasa da, müsbət tərəflər yenə özünü göstərdi. “Ağ-qaralar” illər sonra əzəli rəqibinə qarşı sona kimi mübarizə apardı. Bu, böyük tarixi, ənənəsi olan bir komanda üçün ciddi uğur sayılmasa da, yenilənən “Neftçi” üçün vacib amildi.

Samir Abasovun komandanı toparladığı, oyun ruhununun yavaş-yavaş bərpa etdiyi göz qabağındadı. Cəmi 3 oyunluq ardıcıl qələbədən sonra minlərlə azarkeşi stadiona toplayan bilən komandaya inam boşa deyildi. “Neftçi” də meydanda bunu sübut etdi. Artıq oyunun 15-20 dəqiqəsində “Qarabağ”a təslim olan komanda yox idi. Rəqib azlıqda qalmazdan öncə də, sonra da “ağ-qaralar” yaxşı oyun sərgiləyirdi. Nəticənin olmaması məyusedici olsa da, ümidsizlik yaratmamalıdı.

Əslində, sadiq azarkeşlər üçün iş bundan sonra başlayır. “Neftçi” fanatları daima tribunaların bəzəyi olub, komandaya sahib çıxıblar. Bəli, dəfələrlə bu ümidləri boşa çıxıb, çox zamanstadiondan məyus ayrılıblar. Amma bu səfər durum başqadı. Komanda bu dəstəyin haqqını verməyə başlayıb. Formanın əzəmətinin yavaş-yavaş bərpa olunduğu bu vaxtda heç nə ümidsizlik yaratmamalıdı. Əzəli rəqibə qarşı möhtəşəm dəstək olmasına baxmayaraq, komandanın məğlub olması sadəcə məyusluq yarada bilər, ümidsizlik yox.

Hazırda “Neftçi” çox həssas dönəmdən keçir. İllərin uğursuzluğu, yaraları sarılmağa başlanıb. Prosses çətindi və sancılı keçəcək. Amma başlamağın, bərpa olmağın yaratdığı hiss ümidli olmaq üçün kifayətdi. Azarkeş mütləq bunları görür və dəyərləndirir. Hazırda tablodakı nəticədən daha önəmli olan “meydana qayıdış”dı.

Azarkeşlərin kluba olan inamı uğurun çox uzaqda olmamasının bir işartısıdı. İnam varsa, uğur mütləqdi. Bunun üçün isə zaman qaçılmazdı. Onsuz da bugünə kimi səbr edən “ağ-qara” sevdalıları daha bir neçə ay kluba şans vermək məcburiyyəti ilə üz-üzə qalıblar. Təbii ki, bu, o rənglərə olan sevgidən doğan məcburiyyətdi.

Derbidə izlənilən ab-hava, bütövləşmə qarşıdakı matçlarda da mütləq davam etməlidir. Çünki qarşıda “Neftçi”ni mövsümün əsas hədəfi olan kubok oyunları gözləyir. Həmişəkindən fərqli olaraq, daha cəfakarlıq, fədakarlıq vaxtıdır.  Artıq tribunadakı performans təktərəfli deyil, meydana da təsir edir. Bundan sonra da artan templə davam edəcək. Fanatlar unutmasın ki, azarkeşi ilə bütövləşən “Neftçi” qısa vaxtda uzun illərdi xəyal edilən səviyyəyə gələ bilər.

İdmanxeber.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 19 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri