“Neftçi” üçün “Legiya” və “Polesye”dən imtina etdi
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən mövsüm icarə əsasında "Neftçi"də çıxış edən Freddi Varqas iki xarici klubun təklifini geri çevirib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ukraynanın "Polesye" və Polşanın "Legiya" klubları 27 yaşlı vingeri heyətinə qatmaq istəyiblər.
Lakin Venesuela millisinin üzvü karyerasını yenidən "Neftçi"də davam etdirmək niyyətində olduğu üçün hər iki təklifi qəbul etməyib.
Hazırda Bakı təmsilçisi futbolçunun transfer hüquqlarına malik olan İsrailin "Makkabi" (Netanya) klubu ilə danışıqların son mərhələsindədir. Tərəflər arasında yaxın günlərdə yekun razılığın əldə olunacağı gözlənilir.
Qeyd edək ki, Freddi Varqas ötən mövsüm "Neftçi"nin heyətində 32 oyunda meydana çıxaraq 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:78
Bu xəbər 16 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















