Icma.az
close
up
RU
“Neftçi” Kazbek Tuayevi təbrik etdi

“Neftçi” Kazbek Tuayevi təbrik etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev doğum günü ərəfəsində “Palms Sports” Futbol Mərkəzində qonağımız olub. “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer, baş məşqçi Samir Abasov və Media üzrə koordinator Rüstəm Əfsərli ilə görüşən Tuayevə 85 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.Uzun illər Tuayevlə çiyin-çiyinə çalışmış mütəxəssis Böyükağa Ağayevin də iştirak etdiyi görüşdə “Neftçi”nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Daha sonra futbol mərkəzi ilə yaxından tanış olan yubilyar “Neftçi TV”yə geniş müsahibə verib.Kazbek Tuayev həm futbolçu, həm də baş məşqçi kimi “Neftçi”nin ən yaxşılarından olub. 1940-cı il noyabrın 13-də Ələtdə dünyaya gələn Tuayev futbol oynamağa yerli “Lokomotiv” klubunda başlayıb. Daha sonra Bakı “Lokomotiv”i və Nalçik “Spartak”ında çıxış edən futbolçu 21 yaşında “Neftçi”yə keçib.Qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilən “7 nömrə” “Neftçi”nin SSRİ dönəmindəki ən böyük uğurunun əsas səbəbkarlarındandır. Təsadüfi deyil ki, “ağ-qaralar”ın bürünc medal qazandığı 1966-cı il mövsümündə məhsuldar ötürmələriylə yanaşı, komandanın bombardiri olub. Ümumilikdə, “Neftçi”nin heyətində keçirdiyi 11 mövsüm ərzində 298 oyunda meydana çıxan sağ cinah hücumçusu bir-birindən vacib 60 qola imza atıb.
1966-cı ildə bürünc medal qazanmış 12 futbolçudan biri olan Kazbek Tuayev “Neftçi”nin heyətində SSRİ-də “33 ən yaxşı oyunçu” siyahısına düşən ilk futbolçu olub. O, 1963-cü ildəki bu uğurunu 1966 və 1967-ci illərdə təkrarlayıb. Elə 1967-ci ildə 3 oyunda SSRİ yığmasının formasını geyinib.Kazbek Tuayev baş məşqçi kimi daha böyük uğurlara imza atıb. SSRİ dönəmində Nalçik “Spartak”ını, Lənkəran “Xəzər”ini çalışdırandan sonra doğma “Neftçi”nin sükanı arxasına keçən mütəxəssis 1987-1990-cı illərdə çalışdırdığı “Club Africain” ilə Tunis çemponu olub. “Neftçi”nin baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionluğu, 2 dəfə isə ölkə kubokunu əldə edib. Komandamız məhz onun rəhbərliyi altında 1996-cı ildə UEFA Kubokunda Sofiya “Lokomotiv”ini 2:1 hesabı ilə məğlub etməklə avrokuboklarda ilk qələbəsini qazanıb, 2003/2004 mövsümündə isə Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna qalib gəlməklə ilk dəfə mərhələ adlayıb. Milli komandamıza rəsmi görüşlərdə ilk qələbəni də baş məşqçi kimi Tuayev qazandırıb. Millimizin 1996-cı ilin avqustunda İsveçrəni 1:0 hesabı ilə məğlub etdiyi həmin matç yaddaşlara həkk olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Noyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri