“Neftçi” yeni cinah hücumçusu ilə bağlı razılığa gəlib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın “Neftçi” futbol klubu Rumıniyanın “Botoşani” komandasında çıxış edən Sebastian Maylatın transferini reallaşdırmağa yaxındır.
İdman.Biz xəbər verir ki, 28 yaşlı cinah futbolçusu Rumıniya Superliqasının beşinci turunda FCSB-yə qarşı keçirilən və komandasının 2:3 hesabı ilə məğlub olduğu oyundan sonra Bakı klubundan təklif aldığını təsdiqləyib.
Maylatın sözlərinə görə, “Neftçi” ilə “Botoşani” artıq transfer məsələsində razılığa gəlib. Keçidin baş tutması üçün yalnız futbolçunun yekun qərarı və bəzi detalların həlli qalıb.
“Neftçi” ilə danışıqlar gedir. Müəyyən detallar qalıb və bu həftə onların həll olunacağını görəcəyik. Klublar razılığa gəliblər, indi qərar məndən asılıdır. Hələ çantalarımı yığmamışam.
Bu, şübhəsiz ki, mənim üçün vacib addımdır. Ötən mövsümü yaxşı keçirdiyim üçün gözləntilərim var idi və daha yüksək səviyyəyə qalxmaq istəyirdim. Güclü çempionata gedəcəyəm. Əlimdən gələnin ən yaxşısını etməyə və futboldan zövq almağa çalışacağam”, - deyə Maylat bildirib.
Futbolçu FCSB ilə qarşılaşmada 66 dəqiqə meydanda olub.
Sebastian Maylat ötən mövsüm “Botoşani”nin heyətində bütün turnirlərdə 40 oyuna çıxaraq 15 qol vurub və beş məhsuldar ötürmə edib.
Rumıniyalı vinger karyerası ərzində CFR Klujla üç dəfə ölkə çempionu olub. O, 2024-cü ildə “Botoşani”dən Cənubi Koreyanın “Suvon Blyuvinqs” klubuna transfer olunaraq bir müddət ölkə xaricində də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Avqust 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















