Argentinada ayrılıq Dünya çempionu komandadan gedir
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina milli komandasının məşqçilər korpusunda ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, baş məşqçi Lionel Skaloninin köməkçisi Valter Samuel vəzifəsindən ayrılmaq qərarına gəlib.
Bu barədə Skaloni Argentina - Uruqvay arasında oynanılacaq yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, sabiq müdafiəçi müstəqil məşqçilik karyerasına başlamaq istəyir.
“Valter artıq bizə qərarını bildirmişdi. O, baş məşqçi kimi öz yoluna davam edəcək. Dostuma sonsuz təşəkkür edirəm və ona uğurlar arzulayıram. O, məşqçilər korpusumuzun çox vacib üzvü olub”.
Samuel noyabrda Uruqvay və Kosta-Rikaya qarşı keçiriləcək yoldaşlıq görüşlərindən sonra millidəki fəaliyyətini başa vuracaq. Onun 2027-ci ildən baş məşqçi kimi çalışmağa başlaması gözlənilir.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2018-ci ildən Argentina millisinin məşqçilər korpusunda yer alıb. O, komanda ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.
Samuel futbolçu karyerası ərzində “Roma”, “Real Madrid” və “İnter” kimi klubların formasını geyinib.
“Qalatasaray”da "qış təmizliyi": İki futbolçu siyahıda “Kokain az qala həyatıma son qoyacaqdı” - Jardeldən şok etiraf “Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırdı “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















