Icma.az
close
up
RU
“Neftçi”nin adını təmsil edirik və belə səbəblər ortaya qoya bilmərik”

“Neftçi”nin adını təmsil edirik və belə səbəblər ortaya qoya bilmərik”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Neftçi” Premyer Liqanın XXIX turunda “Şamaxı” ilə səfər matçından 2:0 hesablı qələbə ilə ayrıldı.

Bu qələbə sayəsində “ağ-qaralar” ən yaxın izləyicisi “Sumqayıt”ı 6 xal qabaqlamaqla, “Sabah”la xal fərqini 1-ə, “Turan Tovuz”la isə 9-a endirdi.

Paytaxt təmsilçisini bu matçda kapitan kimi meydana çıxaran Emil Balayev “Futbolpress.az”a oyun haqda fikirlərini bölüşdü:

– Bizim üçün səfər oyunu idi. Bakıdan gəlmişik. Hamı başa düşür ki, burada turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar belə xal itkilərinə yol verirlər. Həqiqətən də “Şamaxı” yaxşı kollektivdir. Bunu hamı bilir. Mübariz və əzmkar oyunçularıyla seçilirlər. Bu oyuna tam ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətimizdə zədəli oyunçular çoxdur. Əsas və ya ehtiyat heyət üzvü olmağımıza baxmayaraq, hər birimiz bu məsuliyyəti dərk etmişdik. Yəni “Neftçi”də qapıçını oyunçu kimi meydana buraxsan, canını qələbə üçün ortaya qoyacaq. Özünüz də gördüz. Hər bir futbolçu öz istəyini meydançada qoydu. Allaha şükürlər olsun ki, bu səfərimiz qələbə ilə də bitdi.

– Bu mövsüm zədədən qayıtdın və elə də çox şans qazanmırsan. Formada qalmaq çətin olmur?
– Premyer Liqanın bundan əvvəlki oyunlarında da meydana çıxmışdım. Sadəcə olaraq zədədən sonra il yarım futbolu buraxdığıma görə oyun praktikam yox idi. Yəni bu, mənim həmin zədədən sonra ilk quru oyunum idi. Amma bundan öncə kubok oyunu (red. – 1/8 final, “Difai” ilə oyun), “Kəpəz”lə “Neftçi Arena”dakı 2:1 qələbə qazandığımız (red. – XVII tur), “Sabah”la 1:1 etdiyimiz (red. – XIX tur) oyunlara çıxmışdım. Sadəcə bu, ilk quru oyunum idi və yaxşı sonluqla bitdi. İnşallah ki, davamlı olar. Bizim üçün fərqi yoxdur. Əgər komandada 30 futbolçu varsa, hər bir an kiməsə şans düşə bilər və biz də bunu maksimum dəyərləndirməliyik.

– Heyətinizdə çoxlu zədəlilər var və qarşıda sizi “Zirə”, “Qarabağ”, “Sabah” kimi klublarla vacib oyunlar gözləyir…
– Bu, psixoloji cəhətdən bizə təsir etməli deyil. Biz “Neftçi”nin adını təmsil edirik və belə səbəblər ortaya qoya bilmərik. Rəqibin kimliyinin və yaxud bizim nə qədər zədəlimizin olmasının fərqi yoxdur. Doğrudur, bundan heç kim sığortalanmayıb, lakin bizim hər birimiz bu məsuliyyəti dərk edir. Bizim üçün heç bir mövqeyin fərqi yoxdur. Əlbəttə, ola bilər ki, hansısa taktiki səhvlərə yol verək. Amma bizi hansı mövqeyə qoysalar, orada da əzmkarlıq, istək hamımızda olmalıdır və elə də var. Bu da bugünkü oyunda dediklərimin nəticəsidir.

– Oyundan sonra azarkeşlərlə dialoqun oldu. Həmin anları necə şərh edərdin?
– Azarkeşlərə təşəkkürü bildirdim. Səfərdə oynamağımıza baxmayaraq, azarkeşlər bizə evdəki kimi oynadığımızı hiss etdirdilər. Ondan əlavə də söhbətlər etdik. Azarkeşlər də, biz də anlayırıq ki, “Neftçi” hər zaman yüksək nəticələr üçün mübarizə aparıb. Təbii ki, biz də istəyirik ki, bunun davamını gətirək. Hər bir klub kimi Avropaya çıxış əldə etmək istəyirik. Hələ ki, şanslarımız bitməyib. Allahın izniylə bunun üçün əlimizdən gələni edəcəyik.

– “Sabah”la aradakı xal fərqiniz 1-ə, “Turan Tovuz”la isə 9-a endi. Bu durumda kubok yolu ilə alınmasa belə riyazi olaraq 4-cü pillə sahibi kimi avrokuboklara yollanmaq şansınız qalır. Hazırki durumda hər iki rəqibinizin enişdə olmasından yararlana biləcəksiz?
– Bəli, riyazi olaraq şanslarımız qalır. Artıq kollektiv şəkildə növbəti oyunumuza köklənməliyik. Nəyin necə olacağını isə sonra görəcəyik. Ən azından bunun üçün əlimizdən gələni etməliyik. İnanıram ki, “Neftçi” camiəsinin hər bir üzvü bu məsuliyyəti dərk edir, əlindən gələni etməyə hazırdır və edəcək də.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri