“Neftçi”nin daha çox təzyiq edəcəyini bilirdik”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyko Konfrans Liqasında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Növbəti mərhələyə yüksəldiyimizə görə şadıq. Bu, komanda üçün özünəinam baxımından böyük addımdır.
Oyuna gəlincə, ilk hissə bizim üçün fəlakətli oldu. Qol buraxdıq, rəqibin daha bir nenə şansı oldu. Ancaq fasilədən sonra toparlandıq və oyunu bərabərləşdirə bildik. “Neftçi”nin daha çox təzyiq edəcəyini bilirdik. Geri çəkildik, şansımızı gözləməyə qərar verdik. Təəssüf ki, qol vura bilmədik, amma mərhələ adladığımız üçün şadam”.
“Neftçi” iki oyunun nəticəsinə görə (2:4, 1:0) Konfrans Liqasına vida edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 31 İyul 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















