“Neftçi”yə Almaniyadan hücumçu təklif edildi
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Neftçi"yə daha bir futbolçu təklif edilib. Sport24.az-ın məlumatına görə, hələlik adı dəqiqləşdirə bilməsək də, paytaxt klubuna Almaniya II Bundesliqasında çıxış edən oyunçunun xidmətləri təqdim olunub.
Həmin futbolçu hücumçu mövqeyində çıxış edir.
Klub rəhbərliyi və seleksiya şöbəsi onunla bağlı ilkin məlumatları nəzərdən keçirib.
Mənbənin bildirdiyinə görə, təklif olunan bütün futbolçularla bağlı qərarı baş məşqçi Yuri Vernidub verir. Ukraynalı mütəxəssis futbolçuların texniki-taktiki göstəricilərini və komandanın ehtiyaclarını dəyərləndirdikdən sonra transferlə bağlı yekun qərar verilir.
Qeyd edək ki, "Neftçi" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bakı təmsilçisi indiyədək Rüfət Abbasov və Qustavo Klismanı heyətinə qatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 İyun 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















