Icma.az
close
up
RU
“Neftçi”yə qarşı göstərdiyimiz səviyyədə oynaya bilsək…”

“Neftçi”yə qarşı göstərdiyimiz səviyyədə oynaya bilsək…”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“İmişli”nin serbiyalı yarımmüdafiəçisi Nikola Karaklaiçin “Futbolpress.az”a müsahibəsi:

– Premyer Liqada sürpriz nəticələr qazanan “İmişli” kubokda mübarizəni erkən dayandırdı. “Sabah”a məğlubiyyəti necə şərh edərdiniz?
– Düşünürəm ki, oyun çox yaxşı və yüksək rəqabətli keçdi. Komandamız ilk dəqiqədən “Sabah”a qarşı fəal təzyiq göstərərək yaxşı performans sərgilədi. Təəssüf ki, ikinci hissənin əvvəlində rəqibin ilk real fürsətindən qol buraxdıq. Hesabı bərabərləşdirməyi bacardıq, lakin sonda əlavə vaxtda məğlub olduq. Məncə, komandamız uduzmağı haqq etmirdi və həmin oyunun qalibinin penalti seriyası ilə müəyyən edilməsi ən ədalətli nəticə olardı.

-Bu mövsüm “Sabah”ı büdrədən yeganə komanda sizsiniz. Lakin son iki oyunda məğlub olmusuz. Sizcə, birinci qələbə təsadüfi idi?
–Bəli, dediyim kimi, “Sabah”a qarşı hər oyun çox çətin və yüksək rəqabət şəraitində keçir. Şəxsi fikrimcə, “Qarabağ”la birlikdə onlar liqanın ən güclü komandalarındandır. İlk oyunda onları məğlub etməyimiz böyük uğur idi. Sonrakı iki qarşılaşmada uduzsaq da, bütün oyunlar gərgin keçdi. Hətta 0:3 hesabı ilə məğlub olduğumuz matçda belə hesabın bu qədər böyük olması real oyun mənzərəsini tam əks etdirmirdi. Bir neçə qol imkanımız oldu, bir qolumuz da qeydə alınmadı, rəqib isə qarşısına çıxan fürsətləri maksimum dəyərləndirdi. Şübhəsiz ki, bu görüşlər bir daha göstərdi: bizə qarşı oynayan hər bir komanda qələbə qazanmaq üçün ciddi mübarizə aparmalıdır.

– “İmişli” gözləntilərdən daha yaxşısını bacarıb. Belə nəticələr nə ilə bağlıdır?
– Biz nəticələrdən razı olmalıyıq. “İmişli” yeni komandadır və mövsümün əvvəlində heyətin yarıdan çoxu dəyişib. Komandanın tam oturuşması üçün vaxta ehtiyac var. Məşqçilərimiz əla iş görürlər, həmçinin komandanın xarakteri də çox güclüdür. İnanıram ki, qarşıdakı dövrdə daha da yaxşı nəticələr göstərəcəyik.

– Azərbaycana gəlməklə karyeranızda yeni səhifə açmış oldunuz. Sizi bura gətirən nə oldu?
– Bəli, mən buraya gəlmək istəyirdim. Keçmişdə Serbiyadan bir çox futbolçu Azərbaycanda oynayıb və hamısı mənə yalnız müsbət təəssüratlarını bölüşüblər. Liqa keyfiyyətli komandalarla zəngindir və hər oyun çox sürprizli keçir, məhz bu, mənim üçün çox cəlbedicidir.

–Premyer Liqada növbəti rəqibiniz “Sumqayıt”da həmyerliləriniz Nikola Ninkoviç, Aleksa Yankoviç və baş məşqçi Saşa İliç var…
– Bəli, dediyiniz kimi, “Sumqayıt”da mənim ölkəmdən çoxlu insanlar var. Yankoviç artıq burada özünü sübut edib, Saşa İliç isə ölkəmizin futbol əfsanəsi və “Partizan”ın tarixindəki ən böyük oyunçulardan biridir. Məşqçi kimi də yüksək səviyyə nümayiş etdirib. Qarşıda bizi çətin bir qarşılaşma gözləyir, amma “Neftçi”yə qarşı göstərdiyimiz səviyyədə oynaya bilsək, həmin oyundan müsbət nəticə ilə qayıdacağımıza inanıram.

– Azərbaycan çempionatı ilə bağlı fikirləriniz nədir?
– Dediyim kimi, burada olmaq mənim üçün xoşdur, çünki bütün komandalar oxşar səviyyədədir. Hər komanda hər kəsi məğlub edə bilər və məhz buna görə çempionat çox maraqlı və rəqabətli olur. Həmçinin hər komandada çox keyfiyyətli futbolçular var.

– Özün performansınla ümidləri doğrultduğunu düşünürsən?
– Hələ hansı gözləntilərimin qarşılandığı və hansılarının qarşılanmadığı barədə danışmaq üçün çox erkəndir. Çempionat uzunmüddətlidir, bunun haqqında mövsüm bitdikdən sonra düşünəcəyəm. Mənim əsas məqsədim əlimdən gələni etmək və komandanın mümkün olan ən yaxşı nəticəni əldə etməsinə kömək etməkdir. Bu mövsüm “İmişli”nin sabit və güclü klub kimi özünü göstərməsini istəyirəm, növbəti il isə daha yüksək hədəflərə çatmaq üçün mübarizə aparmaq niyyətindəyik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri