Icma.az
close
up
RU
Şəbəkə marketlərinin iqtisadiyyata TƏSİRİ Ekspert Şərhləri

Şəbəkə marketlərinin iqtisadiyyata TƏSİRİ Ekspert Şərhləri

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda iqtisadi mənzərədə müşahidə olunan əsas yeniliklərdən biri şəbəkə marketlərinin sürətlə yayılmasıdır. Dövlətin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Bu baxımdan, şəbəkə marketləri vergi daxilolmalarının artmasına, yerli istehsalın təşviqinə və pərakəndə ticarət sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verir.

Gununsesi.info-ya danışani iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, şəbəkə marketlərinin pərakəndə ticarətdəki rolu son 50 ildə qlobal iqtisadiyyatda davamlı artan dinamika ilə müşahidə olunub:

“Xüsusilə, Azərbaycanda son 10 ildə şəbəkə marketlərinin artan inkişafı, qlobal təcrübələrlə uyğun olaraq daha peşəkar xidmət və iqtisadi fayda gətirib. Bəzi ölkələrdə, məsələn, ABŞ, Fransa və ya digər inkişaf etmiş bazarlarda, şəbəkə marketləri gündəlik tələbat mallarına və ərzaq məhsullarına olan tələbatın 80%-dən 90%-ə qədərini qarşılayır. Bu, təbii bazarın inkişafı ilə əlaqəli bir trendin nəticəsidir və Rəşad Həsənovun fikrincə, bu inkişaf həm də bazar dinamikalarını dəyişdirir”.

Ekspert əlavə edib ki, bu inkişafın bir neçə üstünlüyü vardır:

“İlk növbədə, pərakəndə ticarətdə peşəkar xidmətin təşkili sahənin daha da peşəkarlaşmasına səbəb olur. İkinci olaraq, şəbəkə marketləri sağlam investisiyaların cəlb edilməsi və davamlılıq imkanlarının genişlənməsi ilə iqtisadiyyata uzunmüddətli fayda təmin edir. Xüsusilə Azərbaycanda dövriyyənin legallaşdırılması, qeyri-formal sahibkarlığın qarşısının alınması və fiskal yığımların artırılması ilə vergi bazasının gücləndirilməsində mühüm rol oynayır”.

Rəşad Həsənovun sözlərinə görə, şəbəkə marketləri əmək bazarının legallaşmasına töhfə verir, çünki fərdi sahibkarlardan fərqli olaraq, sağlam əmək münasibətləri və müqavilə əsaslı gəlirin rəsmiləşdirilməsini təmin edir.

Meritokratiya prinsipinin vacibliyini vurğulayaraq, ekspert deyib ki, işçilər bilik, bacarıq və peşəkarlıq səviyyələrinə görə seçilir. Bu yanaşma, tanışlıq və nepotizmi azaldır, işçi məmnuniyyətini və motivasiyanı artırır.

O qeyd edib ki, müasir xidmət standartlarına, gigiyena və sanitariya qaydalarına riayət olunması şəbəkə marketlərində sağlam istehlak mühiti yaradır və istehlakçılara keyfiyyətli xidmət təqdim edir. Bu, bazarın daha əlverişli şərtlərlə fəaliyyət göstərməsini təmin edir.

Bundan əlavə, ekspert bildirib ki, şəbəkə marketləri böyük resurslarla təchizatçılarla optimal şərtlərlə müqavilələr bağlayır. Bu, son istehlak qiymətlərinin aşağı salınmasına və istehlakçılara daha əlverişli qiymətlərlə xidmət göstərilməsinə şərait yaradır, nəticədə isə Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir.

İqtisadçı ekspert Eldəniz Əmirov Gununsesi.info  -ya bildirib ki, şəbəkə marketlərinin inkişafı və genişlənməsi qaçılmaz bir tendensiyadır:

“Dünya təcrübəsi göstərir ki, bu prosesin qarşısını almaq mümkün deyil. Şəbəkələşmə getdikcə artır və bunun həm müsbət, həm də mənfi tərəfləri var. Mənfi tərəflərdən biri odur ki, xırda marketlər rəqabətə davam gətirə bilməyib bağlanır, bu da iqtisadiyyatın təbii qanunu olaraq baş verir.”

Eldəniz Əmirov həmçinin qeyd edib ki, şəbəkə marketləri qadınlar və gənclər üçün yeni iş imkanları yaradır:

“Bu marketlər, xüsusilə yeni əmək fəaliyyətinə başlayan və bilik və bacarıqları az olan şəxslər üçün əlverişli iş yerləri təklif edir. Beləliklə, şəbəkə marketləri sosial inkluziyaya töhfə verərək, həm iqtisadiyyatı, həm də cəmiyyəti müsbət yöndə dəyişdirə bilər.”

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri