Icma.az
close
up
RU
Gənclərdə boy qısalığının səbəbləri EKSPERT ŞƏRHLƏRİ

Gənclərdə boy qısalığının səbəbləri EKSPERT ŞƏRHLƏRİ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Hazırda gənclər arasında boyun qısalması və çəkinin artması kimi tendensiyalar diqqət çəkir.

Bu vəziyyət həm sağlamlıq, həm də sosial həyat baxımından maraq doğuran bir mövzudur.

Bəs bu dəyişikliklərin əsas səbəbləri nədir və hansı fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bunun əsas səbəblərindən birinin düzgün qidalanmama olduğunu bildirib:

“Təəssüf ki, son dövrlərdə belə bir tendensiyaya tez-tez rast gəlirik. Bioloji zəifləmə və mutasiya prosesi getdikcə artır. İnsanlar, xüsusən də yeni nəsillər normal bioloji formadan uzaqlaşırlar. Xüsusilə uşaqlarda bu hal daha nəzərə çarpır — hədsiz kök uşaqlar, müxtəlif qüsurlarla doğulanlar, çəki-boy nisbətində kəskin fərqlər və piylənmə halları artıb.

Bunun əsas səbəbləri var. Ən önəmlisi qidalanmadır. İndiki dövrdə təbii qida anlayışı demək olar ki, yoxdur. Qida — təbiətdən götürülən, insan üçün uyğun məhsuldur. Bu gün ərzaq mağazalarında satılan məhsulların çoxu imitasiya olunmuş, süni və keyfiyyətsizdir. Kənd təsərrüfatı məhsullarının da çoxu genetik modifikasiyaya məruz qalıb və təbii bioloji sistemdən çıxarılıb. Bu isə insan sağlamlığına ciddi zərər verir, genetik quruluşu dəyişdirir və sağlamlıq problemlərinə yol açır.

Digər mühüm səbəb fiziki aktivliyin azalmasıdır. Uşaqlar və böyüklər getdikcə daha tənbəl olur. Ekoloji faktorlar da ciddi rol oynayır: şəhər havasının çirklənməsi, elektron cihazların yaydığı dalğalar, məişət əşyalarının kimyəvi tərkibi insanın təbii bioloji vəziyyətini pozur. Bu da genetik quruluşun zədələnməsinə və nəsildən-nəsilə sağlamlıq problemlərinin ötürülməsinə səbəb olur. Mütəxəssislər də bildirirlər ki, bu vəziyyət yeni deyil”.

Sosioloqun sözlərinə görə, dünyada, xüsusən ABŞ-da genetik modifikasiya olunmuş məhsullar geniş yayıldıqdan sonra əhalinin sağlamlıq səviyyəsi kəskin pisləşib:

“Hazırda ABŞ əhalisinin 70 faizi ciddi allergiyalardan, 65 faizi isə piylənmədən əziyyət çəkir. Bir çox digər xəstəliklərin səbəbi də qeyri-təbii həyat tərzi və süni məhsulların istifadəsidir.

İnsanlar təbiətdən uzaqlaşdıqca və kimyəvi, süni məhsullara üstünlük verdikcə sağlamlıqları zəifləyir. Evdə istifadə olunan əşyalar, geyimlər, tikinti materialları, mebellər də kimyəvi qatqılarla doludur. Sintetik yataqlar, yorğan-döşəklər, teflon qablar, mikrodalğalı sobalar sağlamlığa ciddi zərər verir. Halbuki qədimdə insanlar pambıq, yun, taxta və digər təbii vasitələrdən hazırlanmış əşyalar istifadə ediblər.

Ən təhlükəlisi isə odur ki, bu zərərli məhsullar gələcək nəsillərə də təsir edir. Qadın orqanizmi süni qida və kimyəvi vasitələrlə bəslənirsə, sağlam uşaq dünyaya gətirməsi çətinləşir. Uşaq sağlam doğulsa belə, qeyri-təbii mühitdə böyüyəcəyi üçün müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Mütəxəssislər hesab edirlər ki, ciddi dövlət proqramı hazırlanmalıdır. Əhalinin sağlamlığı üçün zərərli materialların istehsalı, idxalı və satışı qadağan olunmalı, məhsullar laboratoriya yoxlamalarından keçirilməlidir. Uşaq oyuncaqlarının təhlükəsizliyi təmin edilməli, insanlar arasında sağlam həyat tərzi barədə maarifləndirmə aparılmalı və təbii qidalanma təşviq edilməlidir”.

Gununsesi.info-ya danışan həkim-terapevt Günay Lətifova mövzunu belə şərh edib:

“Birinci növbədə boydan danışaq. Boyun uzunluğu və ya qısalığı 80–90% hallarda genetik amillərlə müəyyənləşir. Yəni insanın hündürboylu və ya alçaqboylu olması əsasən irsi faktorlarla bağlıdır. Geri qalan faiz isə idman və həyat tərzi ilə əlaqədardır. Məsələn, güləş və ağırlıq qaldırma kimi ağırlıq idman növləri ilə məşğul olanlarda boyun qısa qalması müşahidə olunur. Bunun səbəbi onurğanın formasının dəyişməməsi, yalnız əzələlərin inkişaf etməsidir. Əksinə, voleybol, basketbol kimi idman növlərində, eləcə də turnikdən sallanarkən, onurğa yuxarıya doğru dartıldığı üçün boyun uzanması daha çox nəzərə çarpır.

Çəki məsələsi isə qlobal problemə çevrilib. Avropada və dünyanın bir çox ölkələrində artıq çəki və piylənmə ilə bağlı ciddi çətinliklər mövcuddur və bu problem Azərbaycandan da yan keçmir. Bu gün ölkəmizdə də artıq çəki problemi geniş yayılıb”.

Həkim onu da vurğulayıb ki, bu gün xanımlarımız və bəylərimiz bədənlərini formaya salmaq üçün tez-tez bədən şəkilləndirmə əməliyyatlarına müraciət edirlər:

“Əslində, bu istəklər artıq çəki və ya həddindən artıq arıqlıq problemi ilə bağlıdır.

İlk növbədə nəzərə almaq lazımdır ki, kilo almaq hormonal disbalansın göstəricisi ola bilər. Məsələn, qalxanabənzər vəzin funksiyasının pozulması və insulin direnci olan insanlarda bu hallar daha çox müşahidə olunur. Təbii ki, bu həm də genetik faktorlarla bağlıdır. Insulin direnci və qalxanabənzər vəzi problemləri bəzən yod çatışmazlığı olan bölgələrdə daha çox üzə çıxır.

Həmçinin, həyatın gətirdiyi stress də çəki artımında mühüm rol oynayır. Stress zamanı artan kortizol hormonu xüsusilə alt qarın nahiyəsində piylənməyə səbəb olur. Bununla yanaşı, “fast food” qidaların orqanizmdə gec həzm olunması həm kökəlməyə, həm də hormonal pozğunluqlara gətirib çıxarır və nəticədə kökəlmə prosesi sürətlənir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri