Icma.az
close
up
RU
NƏHAYƏT: Mənzil bazarından sevindirici xəbər gəldi

NƏHAYƏT: Mənzil bazarından sevindirici xəbər gəldi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımının əvvəlki sürətlə davam etməyəcəyi və bazarın tədricən stabilləşəcəyi ilə bağlı ötən il publik çıxışlarımda fikirlərimi bölüşmüşdüm. 

Çünki 2025-ci ildə dövlət maliyyəsinin idarə olunmasında formalaşan yeni yanaşmalar məndə belə bir qənaət yaratmışdı ki, 2026-cı ildən etibarən büdcə vəsaitlərinin xərclənməsinə nəzarət daha da güclənəcək, qeyri-səmərəli xərclərin qarşısı daha ciddi şəkildə alınacaq. Bunun nəticəsində müxtəlif yollarla bazara daxil olan böyük həcmli vəsaitin əvvəlki qədər daşınmaz əmlaka yönəlməyəcəyini düşünürdüm".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, son illərdə mənzil bazarında qiymətləri yüksəldən əsas amillərdən biri məhz bu vəsaitlərin istehsala və real investisiyalara deyil, daşınmaz əmlaka yönəlməsi idi:

"Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və kapitalın qorunması məqsədilə formalaşan əlavə tələb yaranır, qiymətlər isə iqtisadi əsaslardan daha sürətlə artırdı. Bu, mənim proqnozumun əsaslandığı iqtisadi məntiq idi.

Son günlər açıqlanan statistika həmin proqnozun ilk siqnallarını göstərir. Mənzil qiymətlərinin artım tempi ardıcıl şəkildə zəifləyir. Belə ki, rüblük artım 2025-ci ilin IV rübündə 3,1%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,6% təşkil edib.

Şübhəsiz ki, bu prosesə ipoteka bazarında artım tempinin zəifləməsi, kredit faizlərinin yüksəlməsi, yeni tikililərin bazara çıxması, şəhərin mərkəzi hissələrində aparılan söküntü və yenidənqurma layihələri kimi amillər də təsir göstərir. 

Lakin hesab edirəm ki, əsas dəyişiklik təkcə bu amillərlə izah olunmur. Qənaətimə görə, daşınmaz əmlaka yönələn investisiya xarakterli kapitalın, o cümlədən dövlət maliyyəsində səmərəliliyin artması fonunda əvvəlki illərdə bazara daxil olan qeyri-produktiv vəsaitlərin həcminin tədricən azalması da bu prosesə təsir göstərən mühüm amillərdən biridir".

E. Əmirov bildirib ki, cox güman qarşıdakı dövrdə də mənzil bazarında qiymət artımının tempi tədricən aşağı düşəcək və müəyyən müddətdən sonra bazar stabilləşəcək:

"Bunun nə qədər vaxt aparacağı isə dövlət maliyyəsinə nəzarətin davamlılığından, ipoteka bazarındakı dinamikadan, faiz dərəcələrinin səviyyəsindən, əhalinin gəlirlərinin artım sürətindən və iqtisadiyyatın ayrı-ayrı sahələrində alternativ investisiya imkanlarının yaranmasından asılı olacaq.

Hesab edirəm ki, bu prosesin nəticəsində daşınmaz əmlak bazarı əvvəlki illərdə olduğu kimi sürətli gəlir əldə etmək və kapitalı qorumaq üçün ən cəlbedici investisiya aləti olmaq xüsusiyyətini tədricən itirəcək. Qiymətlərin formalaşmasında isə spekulyativ tələbdən daha çox real alıcılıq qabiliyyəti və fundamental iqtisadi amillər həlledici rol oynayacaq.

Uzunmüddətli perspektivdə isə bütün bunlar mənzil bazarının daha sağlam əsaslar üzərində formalaşmasına və mənzilin vətəndaşlar üçün tədricən daha əlçatan olmasına xidmət edə bilər. Çünki mənzil bazarının əsas məqsədi investisiya aləti olmaqdan daha çox insanların yaşayış ehtiyacını ödəmək olmalıdır".

Gülər
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri