Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

“Yüksəliş”: insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

“Yüksəliş”: insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Dövlətin uzunmüddətli rəqabət üstünlüyünü müəyyən edən amillərdən biri ölkədə istedadlı insanların sayı, digəri isə həmin insanları vaxtında üzə çıxarmaq, inkişaf etdirmək və onların potensialının reallaşması üçün imkanlar yaratmaqdır. Birincisi ölkənin mövcud sərvətidir, ikincisi isə düşünülmüş dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı “2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu Sərəncam insan kapitalına yönəlmiş dövlət siyasətinin ardıcıllığını nümayiş etdirməklə yanaşı, ötən illər ərzində formalaşdırılmış idarəçilik potensialının aşkarlanması və inkişaf etdirilməsi modelinə göstərilən yüksək etimadın ifadəsidir.

Bu fikirlər “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsindən AZƏRTAC-a təqdim olunmuş “Yüksəliş”: insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə” sərlövhəli məqalədə yer alıb.

Strateji qərardan institusional modelə

2019-cu il iyulun 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi Azərbaycanın kadr siyasətində keyfiyyətcə yeni yanaşmanın əsasını qoydu. Ölkədə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və kadr ehtiyatı bankının yaradılması konkret vəzifə kimi qarşıya qoyuldu.

2021-ci ildə isə rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanının formalaşdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ölkənin beş milli prioritetindən biri kimi müəyyən edildi. Bu ardıcıllıq göstərir ki, “Yüksəliş”in yaradılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının məntiqindən irəli gələn düşünülmüş qərar idi.

Ötən altı mövsüm ərzində müsabiqədə 47 min 70 nəfər iştirak edib, 136 nəfər qalib olub. Altıncı mövsümdə isə qeydiyyatdan keçənlərin sayı rekord həddə – 17 min 651 nəfərə çatıb.

Müsabiqəyə artan marağın arxasında daha geniş ictimai tendensiyanı görmək mümkündür. Bu, Azərbaycanda öz bilik və bacarıqlarına güvənən, daha böyük peşəkar məsuliyyət götürməyə hazır olan, inkişaf etmək və sağlam rəqabət şəraitində özünü təsdiqləmək istəyən insanların mövcudluğudur.

Bu potensialın ölkə miqyasında görünən və qiymətləndirilə bilən resursa çevrilməsi “Yüksəliş”in əsas nəticələrindən biridir.

“Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib: “Prezident İlham Əliyevin yeddinci müsabiqə ilə bağlı Sərəncamı bizim üçün həm bu işə göstərilən etimadın, həm də qazanılmış təcrübəni inkişaf etdirmək məsuliyyətinin ifadəsidir. Altı mövsümün nəticəsini yalnız qaliblərin sayı ilə qiymətləndirmək kifayət deyil. Bu illər ərzində ölkədə idarəçilik bacarıqlarını qiymətləndirmək, yarımfinal və final üçün yerli keyslər hazırlamaq və ekspertləri vahid metodologiya əsasında yetişdirmək təcrübəsi formalaşıb”.

İdarəçilik potensialının ölçülməsi

İdarəetmə sahəsində mürəkkəb məsələlərdən biri yüksək nəticələr göstərən mütəxəssislə yüksək idarəçilik potensialına malik şəxsi fərqləndirməkdir. Öz sahəsinin güclü mütəxəssisi olmaq hər zaman effektiv rəhbər olmaq demək deyil. İdarəçilik fərqli düşüncə tərzi, qeyri-müəyyənlik şəraitində qərar qəbul etmək, insanları ümumi məqsəd ətrafında birləşdirmək və nəticəyə görə məsuliyyət daşımaq bacarığı tələb edir.

“Yüksəliş”in qiymətləndirmə metodologiyası məhz bu fərqi müəyyən etməyə imkan verir.

Müsabiqənin ilkin mərhələlərində iştirakçıların ümumi bilikləri, analitik düşüncəsi, emosional zəkası və situasiyaları dəyərləndirmək bacarığı yoxlanılır. Sonrakı mərhələlərdə isə namizədlər real iş mühitinə yaxınlaşdırılmış idarəetmə situasiyalarında, fərqli komandaların tərkibində və məhdud zaman çərçivəsində qərarlar qəbul edirlər. Burada iştirakçının hansı qərarı verməsi qədər, həmin qərara necə gəlməsi, fərqli mövqelərlə necə işləməsi, dəyişikliklərə münasibəti və etik prinsiplərə sadiqliyi də əhəmiyyət daşıyır.

Ötən illər ərzində müsabiqə çərçivəsində qiymətləndirmə alətləri təkmilləşdirilib, idarəetmə keyslərinin hazırlanması üzrə yerli təcrübə və peşəkar qiymətləndirici ekspertlər korpusu formalaşdırılıb.

Altı mövsüm ərzində müsabiqənin 236 peşəkar mütəxəssisdən ibarət ekspert bazası formalaşıb. Üçüncü ildir ki, müsabiqənin yarımfinal və final mərhələlərində istifadə olunan idarəetmə keysləri ən qabaqcıl beynəlxalq təcrübələrə əsaslanaraq yerli mütəxəssislərimiz tərəfindən hazırlanır. Bununla yanaşı, müsabiqənin təşkilati proseslərinə dəstək üçün 160 nəfərlik könüllü bazası formalaşıb. Bu fəaliyyətin uzunmüddətli nəticələrindən biri də Azərbaycanda müasir idarəçilik səriştələrinin qiymətləndirilməsi sahəsində institusional bilik və təcrübənin toplanmasıdır.

Milli kadr ehtiyatı və qaliblərin sayından daha böyük nəticə

Bu gün “Yüksəliş”in kadr bankında 4500-dən çox perspektivli mütəxəssisin profili yer alır. Onlar iqtisadiyyat, maliyyə, təhsil, mühəndislik, informasiya texnologiyaları, dövlət idarəçiliyi və digər fəaliyyət sahələrini təmsil edirlər.

Kadr bankının əhəmiyyəti ondadır ki, burada müxtəlif qiymətləndirmə mərhələlərindən keçmiş, bilik və idarəçilik bacarıqlarını nümayiş etdirmiş şəxslər haqqında məlumatlar cəmləşdirilir. Bu, həm dövlət qurumları, həm də özəl sektor üçün perspektivli kadrların müəyyən edilməsi baxımından əlavə imkanlar yaradır.

Müsabiqənin açıq iştirak modeli isə idarəçilik potensialının ayrı-ayrı təşkilatların, peşəkar çevrələrin və ya coğrafi sərhədlərin daxilində qalmasının qarşısını almağa xidmət edir. Azərbaycanın müxtəlif regionlarında çalışan mütəxəssislər eyni qiymətləndirmə meyarları əsasında öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə edirlər.

Bu yanaşmanın əsasında meritokratiya prinsipi – insanın şəxsi keyfiyyətləri, bilik, bacarıq və nailiyyətləri əsasında irəliləməsi dayanır. Belə bir prinsipin cəmiyyətdə möhkəmlənməsi peşəkarlığın nüfuzunu artırır, fərdi inkişafı stimullaşdırır və sağlam rəqabət mədəniyyətini təşviq edir.

Peşəkar təcrübənin davamlılığı və “Yüksəliş” irsi

İdarəçilik təcrübəsinin mühüm bir hissəsi kitablarda və təlim proqramlarında əks olunmur. İllər ərzində mürəkkəb qərarlar qəbul etməklə, böhranları idarə etməklə və müxtəlif komandalarla çalışmaqla qazanılan biliklər, əsasən, birbaşa peşəkar ünsiyyət vasitəsilə ötürülür. “Yüksəliş”in Mentorluq Proqramı bu baxımdan xüsusi dəyərə malikdir. Müsabiqənin qalibləri ölkənin aparıcı dövlət və özəl sektor rəhbərləri ilə birillik fərdi inkişaf proqramı çərçivəsində əməkdaşlıq etmək, eyni zamanda özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar. Lakin modelin daha maraqlı xüsusiyyəti ondan ibarətdir ki, bu təcrübə müsabiqə qalibləri ilə məhdudlaşmır.

2023-cü ildən həyata keçirilən Tələbə Mentorluq Proqramı çərçivəsində qaliblər mentor kimi çıxış edərək ali təhsil müəssisələrinin tələbələrinə peşəkar inkişaf və karyera seçimlərində dəstək göstərirlər. İndiyədək keçirilmiş üç proqramın nəticəsində 35 tələbə iş təklifi alıb. Üç mövsüm ərzində bu proqramda ümumilikdə 221 tələbə iştirak edib.

Bununla yanaşı, intellektual görüşlər və müxtəlif peşəkar əlaqələndirmə təşəbbüsləri müsabiqə ətrafında formalaşan birliyin inkişafına xidmət edir. Bu görüşlərdə idarəçilik məsələləri ilə yanaşı, Azərbaycan tarixi, milli kimlik, ana dili, mədəniyyət və dövlətçilik ənənələri də müzakirə olunur. Çünki yüksəksəviyyəli idarəçinin formalaşması yalnız peşəkar səriştələrin inkişafı ilə başa çatmır. Onun intellektual dünyagörüşü, milli-mənəvi dəyərlərə bağlılığı və cəmiyyət qarşısında məsuliyyət hissi də böyük əhəmiyyət daşıyır. Bütün bunlar “Yüksəliş”in gələcəyə daşıdığı irsin tərkib hissələridir.

Yeddinci mövsüm: yeni imkanlar və daha böyük məsuliyyət

2019-cu ildə “Yüksəliş” təsis edilərkən Azərbaycanın qarşısında dayanan vəzifələrlə bugünkü inkişaf gündəliyi arasında mühüm fərqlər var.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənir, iqtisadi və texnoloji imkanları genişlənir. Bu nailiyyətlərin davamlılığı və yaranan imkanların səmərəli dəyərləndirilməsi müxtəlif sahələrdə yüksək peşəkarlığa, müasir düşüncəyə və dövlətçilik təfəkkürünə malik kadrlara olan tələbatı artırır.

Qlobal miqyasda isə süni intellektin inkişafı, rəqəmsal transformasiya və yeni iqtisadi modellərin meydana çıxması idarəçilik haqqında ənənəvi təsəvvürləri dəyişir.

“Yüksəliş”in növbəti inkişaf mərhələsində qiymətləndirmə metodologiyasının bu çağırışlara uyğun təkmilləşdirilməsi, kadr bankının imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi və iştirakçıların uzunmüddətli peşəkar inkişafının dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir.

Altı mövsüm ərzində əldə olunan nəticələr artıq bu istiqamətlərdə irəliləmək üçün möhkəm təməl yaradıb.

Bu gün “Yüksəliş”in altı mövsümlük fəaliyyətini rəqəmlərlə ifadə etmək mümkündür. Lakin onun uzunmüddətli dəyəri qarşıdakı onilliklərdə həmin insanların rəhbərlik etdikləri təşkilatlarda, həyata keçirdikləri layihələrdə, yetişdirdikləri kadrlarda və ölkəmizə qazandırdıqları nailiyyətlərdə daha aydın görünəcək. İnsan kapitalına strateji sərmayənin mahiyyəti bugünkü imkanların sabahın milli sərvətinə çevrilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri