Icma.az
close
up
RU
Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik Qərbi Azərbaycan Xronikası + VİDEO

Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik Qərbi Azərbaycan Xronikası + VİDEO

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik" adlı veriliş Göyçə mahalının, Basarkeçər rayonu, Daşkənd kənd sakiniFəzair Piriyevin həyat hekayəsinə həsr olunub.

O, 1963-ci ildə anadan olduğunu, uşaqlıq həyatının bir tərəfi Kəlbəcər, bir tərəfi Göyçə gölü olan kənddə keçdiyini deyib: "Daşkənd çox qədim kənddir, tarixi VI-V əsrlərə gedib çıxır. Daşkənd sözü daş və kənd sözündən əmələ gəlib. O vaxt kənd çox daşlı, qayalı ərazi olub. 18-ə qədər nəsil, 300-dək ev, 2 minə yaxın əhalisi var idi.Çox qədim zağa, bulaq, yaylaq, dağ var idi. Uşaqlığımız o qayalıqlarda, zağalarda keçirdi. Evdən köhnə keçə, xalça cırığı gətirib sərir, üstündə dərsə hazırlaşırdıq. Evimizin yanında qazıntılar zamanı qıça, qol hissəsi uzun olan insan sümükləri çıxırdı. Kəndimizdə 2 alban kilsəsi var idi. 1560-cı ildən sonra babalarımız Daşkənddə məskunlaşıblar. Sentyabrda yağan qar aprel, may ayına qədər yerdə qalırdı. Yayda nənələrimiz nehrə çalxalıyanda dağlardan qar gətirib ayranı soyudurduq".

Onun sözlərinə görə, mənfur ermənilər orada yaşayan azərbaycanlılara bir neçə dəfə hücum edib, onlara 1918, 1947-1953, 1987-1991-ci illərdə deportasiya həyatı yaşadıblar: "1918-ci ildə Aşıq Nəcəfin belinə somavar bağlayıb öldürüblər. Qocalarımız danışırdılar ki, ermənilər insanları bir bacası olan evlərə yığıb tüstüyə verib öldürüb, əzab-əziyyət veriblər. 1953-cü ildə Daşkənddən 200 ailəni Bərdə rayonuna köçürüblər. Onlar boş ərazidə 6 çinar ağacının altında çadırdan dəyə qurub, Yeni Daşkənd adlı kənd salıblar. İsti havaya dözməyənlər rəhmətə gedib, bəziləri geri qayıdıb, amma 130 ailə orada qalıb. 1988-ci il deportasiyasında onlar yenidən Yeni Daşkəndə köçüblər. Babam 1953-cü ildə kənddə qalıb. Atam Yeni Daşkəndə köçəndə 1-ci sinifə gedirdim. Köçü yığıb gedəndə mən qaçdım, gizləndim, babamın yanında qaldım. 1988-ci ildə vəziyyət qarışanda babam da Yeni Daşkəndə gəldi".

F.Piriyev 37 ildən çoxdur, Vətəndən ayrı yaşadığını bildirib: "Göyçədə böyümüşəm, istər-istəməz o torpaq bizi çəkir. Mənim Bakıda anadan olan övladlarım da Vətən həsrəti çəkir. Onlar ata-baba yurdlarını görmək istəyirlər. Ürəyimiz göynəyir ki, Göyçəyə gedək, yaşadığımız evi görək. Ermənilərin içində adət-ənənələrimizi qoruyub saxlayırdıq. Əminəm ki, biz yenə qayıdacaq, adət-ənənələrimizi yaşadacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri