Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir

Qərbi Azərbaycan Xronikası: Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir" adlı süjetdə Ermənistan İqtisadiyyat Nazirliyinin yanında Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyanın hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması ilə bağlı fikirlərinə yer verilib.

Bildirilib ki, L.Gevorqyan hotel rəhbərləri ilə görüşdə ibadət otaqlarının açılmasının zərurət olduğunu və bundan imtina edəcək hotellərin lisenziyalarının ləğv ediləcəyini deyib. O, bunu ölkənin ərəb turizm bazarına çıxmaq istəyi ilə əsaslandırıb.

Bu məsələ Ermənistan ictimaiyyətində ciddi müzakirələrə, erməni mətbuatında şübhələrə yol açıb və "azərbaycanlıların qayıdışına hazırlıq" kimi təqdim edilib.

Erməni jurnalist Hraçya Qalustyan yazır ki, hotellərdə "müsəlmanlar üçün ibadət yerləri"nin açılması təklif yox, sərt tələbdir: "Mövcud hakimiyyətimiz getdikcə Azərbaycana daha çox güzəştə gedir. Gevorkyanın "Ermənistanın ərəb turizm bazarına daxil olması" sözləri də inandırıcı deyil və bəhanə kimi görünür. Ermənistana İrandan və digər ölkələrdən gələn müsəlmanlar heç vaxt ibadət yeri tələb etməyib. Bu, tezliklə Ermənistana sərbəst giriş əldə edəcək azərbaycanlıların gözlənilən qayıdışı ilə bağlıdır. İctimai rəydə azərbaycanlıların tarixi torpaqlarına qayıdışı, Qərbi Azərbaycan reallığı tədricən qəbul edilir. Məhz buna görə Ermənistanda heç kim Paşinyanın, hökumət rəsmilərinin sözlərinə inanmır".

Qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi fonunda Ermənistanda müzakirə edilən iki mövzu da var. Birincisi, Zəngəzur dəhlizinin bu il - 2025-ci ildə açılması, ikincisi, sərhədin delimitasiyası prosesində Ermənistanın Azərbaycana yeni ərazilər qaytaracağıdır.

Erməni şərhçilər Arman Aboyan, Armen Atalyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan iddia edirlər ki, proses "Böyük Turan" planına uyğun şəkildə davam edir: "Azərbaycan və Türkiyə "Böyük Turan" planını addım-addım icra edir. Bu məqsədlə Zəngəzur dəhlizi açılacaq və bununla Ermənistanın cənub hissəsi İrəvanın nəzarətindən çıxacaq. Demarkasiya prosesində Ermənistan əlavə ərazilər itirəcək, sərhədlərimiz dəyişəcək. Konstitusiya da dəyişdiriləcək, nəhayət, 300 min azərbaycanlı qayıdacaq və Zəngəzurun (Sünik) əhəmiyyətli hissəsi Azərbaycana veriləcək".

Sonda vurğulanıb ki, bu il azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm irəliləyişlərin olacağı gözlənilir və Qərbi Azərbaycan reallığı Ermənistanın qapısını döyməkdədir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Fevral 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri