Icma.az
close
up
RU
Nemət Pənahlı nəyə görə Ənvər Əliyevi meydanda “qara polkovnik”ə hesabat verməkdə suçlayırdı?..

Nemət Pənahlı nəyə görə Ənvər Əliyevi meydanda “qara polkovnik”ə hesabat verməkdə suçlayırdı?..

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ənvər Əliyev: “Onda Fətulla Hüseynov mənə bildirdi ki, sən Sibirdə gedib şalban daşıyanda ağlın başına gələcək... O günlər artıq mənim barəmdə müvafiq maddə ilə cinayət işi qaldırılmışdı...”

...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına bir daha həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın ən mühüm məqamları haqda danışacağıq...

“...Ayın 20-də mən meydanda mitinqin gedişindən istifadə etməklə Xalq Cəbhəsinin proqramını yaymağa başladım. Bu vaxt mikrafona Nemət Pənahov rəhbərlik edirdi. Bunu bəzən Mərkəzi Komitə katibi Telman Orucov da edirdi.  «П»  şəkilli düzülmüş 150-200 adam onun idarəçiliyində mühüm rol oynayırdı...( XII cild, s. 102-107).

        “Kommunist» qəzetinin 19 noyabr tarixli sayında Şahmar Əkbərzadə və İlham Rəhimli «Xalq sözü, haqq özü» adlı məqaləsində mitinqin gözəl təşkilindən və ciddi nizam-intizamından yazırdılar. (Məqalənin mətni 27-ci cildin 52-ci səhifəsində verilib - Ә.Ә.)... 

Vəziyyətimin tam düzəlmədiyi üçün tribunada Xəlil Rza, eləcə də bir neçə nəfər buradakı işlərin hormal getdyini bildirib evə yaxşı dincəlib sonra gəlməyimi təkidlə bildirdilər.   Mən bir qədər oturub, günortadan sonra  arxayınliqla  evə gəlməli oldum.  

Vəziyyətim bir az yaxşılaşdığı üçün ayın 21-də günün ikinci yarısında meydana gəldim. Tribunanın pilləkənlərini tamam başqa adamlarla bərabər, milislər də tutmuşdular. Məni ora buraxmadılar. Yanımda dayanmış adamların təkid etməyinin belə xeyri olmadı. Mən arxa tərəfdən binanın həyətinə girmək istədikdə isə qırmızı sifətli, yekəpər bir azərbaycanlı milis polkovniki bir neçə nəfərin içindən məni saxlayaraq “krome tebe” deyib, sinəmdən itələyərək, yalnız onları içəri buraxdı. Mikrafona sahib olmaq uğrunda gecəli-gündüzlü aparılan mübarizə artıq öz “bәһrәsini” vermişdi. Bu iyrəncliklərdən tamamilə doymuş, hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Camaatdan gizlənmək, gözə dəyməmək üçün xeyli tənha gəzdim. Hirslәndiyimә və ağrıdığıma görə tir-tir əsirdim... Meydan isә һeç nәdәn xәbәrsiz, tərtəmiz bir dəniz kimi gurlayırdı. Tribunanı Nemət Pәnaһovla  Sabir Rüstәmxanlı idarә edirdi.N.Pənahov isə istintaq vaxtı hərəkətlərinə aşağıdakı heç bir vicdan və düşüncə normalarına uyğun gəlməyən bir şəkildə don geyindirmişdir:

Müqəssiri dindirmə protokolu

Bakı şəhəri 5 mart 1989-cu il

                                                    Tərcüməçi M.M.Bağırov.

                                         Dindirmə saat 15.00-da başlanıb. 

     Sual: (N.Pәnaһova- Ә.Ә.) Əvvəlki dindirmənizin birindəki ifadənizdə Siz qeyd etmisiniz ki, 1988-ci il noyabrın 19-da Ənvər Əliyevin Bakı şəhər Milis iİdarəsinin o vaxtkı rəisi Fətullah Hüseynov(söhbət sonradan Qarabağ savaşında fəal iştirak etdiyinə görə “qara polkovnik” ləqəbini qazanmış və 2004-cü ildə Bakıdakı mənzili qarşısında müəmmalı şəkildə qətlə yetirilmiş Fətulla Hüseynovdan gedir-S.L.) hesabat verməsi səhnəsini gördükdən sonra Siz V.İ.Lenin adına meydanda nə kimi hadisə baş verdiyini müəyyənləşdirmisiniz və o zamandan necə və hansı istiqamətdə fəaliyyət göstərəcəyinizi qəti bildiniz. Aydınlaşdırın görək, bunu Siz necə başa düşürsünüz və sonra hansı istiqamətdə fəaliyyət göstərdiniz?

Cavab: 1988-ci ilin noyabrın 19-da qəti şəkildə əmin oldum ki, məhz rüşvətxor tayfalar Ənvər Əliyevin köməkliyi ilə 1988-ci il noyabrın 17-də başlayan mitinqləri təşkil etmişlər və orada iştirak edən kütləvi adamlardan öz məqsədlərinə çatmaq üçün (?-Ə.Ə.) vasitə kimi istifadə edən korrupsiyanın əlindən almaq haqqında qərar qəbul etdim. Birinci, camaatın meydandan getməsi üçün bütün tədbirləri görmək və buna nail olmaq (N.Pənahovun çıxışlarının stenoqram yazısında bu tarixdən camaatı dağıtmaq tələbi yoxdur - Ә.Ә.)

İkinci, əgər bu baş tutmasa, mitinqi hüquq-mühafizə orqanları  nümayəndələrinin kömәkliyi ilə (?- Ә.Ә.) münaqişəyə  yol vermədən keçirmək, xüsusilə silahdan istifadə etməklə şuluqluğa yol verməmək. Həmin sualla bağlı daha ətraflı ifadəni bu məsələyə hazır olanda verərəm.

                        Dindirmə saat 16.20-də qurtardı.  (II cild, s. 79-80)

                      ( İstintaq işində bu barədə heç bir digər ifadə yoxdur-Ə.Ə.)

Bir qədər sonra mən Qorxmazla Əlisəfanı, daha sonra isə Seymuru gördüm. Onlar soyuqqanlılıqla heç nə edə bilmədiklərini bildirdilər. (Sonralar istintaq zamanı məlum oldu ki, F.Mustafayev ayın 16-dakı iclasımız barədə həm Əbülfəz Əliyevi, həm də Nemət Pənahovu elə həmin axşam xəbərdar edibmiş. Bu haqda F.Mustafayevin mənimlə üzləşmə protokolu - 18 may 1989-cu il.) Axşama yaxın mən birtəhər Xəlil Rza ilə birlikdə cənub qapıdan Hökumət evinin həyətinə girə bildim. Arxa tərəfdən də tribunaya çıxan yolu xüsusi adamlar tutmuşdular. Onlar hər adama qapı açmırdılar. Doğrusu, özümü sındırmadan heç buna cəhd də etmədim...”

Bəs Nemət Pənahlı Ənvər Əliyevi hansı əsasla  Fətulla Hüseynova hesabat verməkdə suçlayır? O doğrudanmı mitinqlər zamanı Bakı Şəhər Milis İdarəsinin rəisi söhbət edib?

Bununla bağlı müraciət etdiyimiz Ənvər Əliyev bunları söyləyib:

“Nemət Pənahovun danışdıqlarının çoxu kimi bu epizodda uydurmadır.  Bəli, səhv etmirəmsə, noyabrın 18-də, yəni mitinqlərin ikinci günü Fətulla Hüseynov meydandakı tribuna yaxınlığında mənimlə rastlaşıb. Və o məndən mitinqin təcili dayandırılmasını tələb edib. Onda F.Hüseynov mənə bildirdi ki, sən Sibirdə gedib şalban daşıyanda ağlın başına gələcək... O günlər artıq mənim barəmdə müvafiq maddə ilə cinayət işi qaldırılmışdı. Bakı şəhər Milis İdarəsinin rəisi mənə qəti şəkildə bildirdi ki, bu gecə mitinqi dağıtmasan, mən meydandakılara qarşı nə edəcəyimi yaxşı bilirəm... Onu da vurğulayım ki, ilk mitinq günü tələbə dəstələrinin başında Fəxri Xiyabanın qarşısından keçib parlament binasına yaxınlaşanda məni döydürənlərin başında duran elə Fətulla Hüseynov idi.  Mən Parlament binası qarşısına çatanda polislər məni dəyənəklə vurub yerə yıxdı. Ayağım, qolum xeyli zədələnmişdi. Mən yerə yıxışıb ayağa qalxdıqdan və zorla əyilə-əyilə indi parlament prospekti adlanan kənarındakı yaşıllıqların dayağı olan divardan yapışıb düzələndə parlamentə yaxın yol dairəsində Fətullah Hüseynovun əlində dəyənəyə bənzər bir şey tutduğunu gördüm. Artıq meydan çatdıqdan sonra ilk çıxışımda isə yolda  milislər tərəfindən döyülərək qolları sındırılmış, paltarları cırılmış yoldaşlarımızın azad edilməsini, şəhər  milis idarəsi rəisi F.Hüseynovun meydandakıların qarşısında çıxış edərək buna görə üzr istəməsisni və yoldaşlarımıza dəyn ziyanı ödəmələrini tələb etmişdim. Ondan bir gün öncə- noyabrın 16-da biz sabah indiki Azadlıq meydanında mitinq keçirəcəyimiz haqda qərar verərkən F. Hüseynov bizə yaxınlaşaraq bunun heç bir vaxt baş tutmayacağını, mitinqi yalnız Sulutəpədə ayrılan ərazidə keçirə biləcəyimizi bildirmişdi. Bütün bunlar olduğu halda mənimlə Bakı şəhər milis idarəsinin rəisi arasında hansı əlaqə ola bilər. Mən ona nə hesabat verə bilərəm...”

(Davamı var)

Qeyd:

Materialda adı çəkilən hərbi şəxsin şərhini dinləməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri