Nepal Prezidenti COP29da iştirak etmək üçün Azərbaycana səfərə gəlib
Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nepal Federal Demokratik Respublikasının Prezidenti Ramçandra Paudel BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Nepal Prezidenti COP29da iştirak etmək üçün Azərbaycana səfərə gəlib
11 Noyabr 2024 13:37

