Icma.az
close
up
RU
Nəqliyyat, enerji və iqtisadi inteqrasiya Türk dünyasının strateji birliyi

Nəqliyyat, enerji və iqtisadi inteqrasiya Türk dünyasının strateji birliyi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı türk dünyasının iqtisadi, enerji və nəqliyyat inteqrasiyasının gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu.

Prezident İlham Əliyev qeyd etdi ki, TDT çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı strateji əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə regionun aparıcı ölkələrindən biri kimi çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan, həm Türkiyə ilə Mərkəzi Asiya, həm də Avropa arasında iqtisadi və logistika körpüsü rolunu oynayır.

Son illərdə Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması və tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması bu istiqamətdə atılan addımların səmərəsini göstərir. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi statusunu möhkəmləndirib.

Prezident İlham Əliyev qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biridir. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal-Cənub istiqamətində yeni arteriya kimi çıxış edərək, türk dünyasının iqtisadi birliyini daha da gücləndirəcək.

Enerji təhlükəsizliyi də çıxışın əsas istiqamətlərindən biri idi. Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə regionda lider mövqeyə malikdir. Dövlət başçısı bildirdi ki, ölkəmiz neft-qaz sektorunda olduğu kimi, bərpaolunan enerji sahəsində də ön sıralardadır. 2030-cu ilə qədər ümumi enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin olunması planlaşdırılır.

Azərbaycan Orta Asiya, Türkiyə və Avropa ilə “yaşıl enerji dəhlizi” layihəsi üzərində fəal işləyir. Eyni zamanda, qardaş ölkələrlə birgə sərmayə fondlarının yaradılması və 20 milyard dollardan artıq sərmayənin qoyulması iqtisadi inteqrasiyanın praktiki nəticəsidir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, iqtisadi güc və enerji birliyi türk dünyasının siyasi müstəqilliyinin əsas dayağıdır. Azərbaycan bu istiqamətdə lokomotiv rolunu oynayır, dost və qardaş ölkələrlə birgə dayanıqlı inkişaf modelini formalaşdırır.

Qəbələ Zirvəsində səslənən bu mesajlar göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə türk dünyası beynəlxalq iqtisadi sistemdə öz sözünü deyən, enerji və nəqliyyat sahəsində strateji güc mərkəzi kimi möhkəmlənir.
Bu birliyin təməlində qarşılıqlı hörmət, ortaq dəyərlər və xalqların rifahına xidmət edən praqmatik əməkdaşlıq dayanır.

Abbas Pənahov, 

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri