Icma.az
close
up
RU
Türk Dünyasının Birliyi və Strateji Hədəflər: Qəbələ zirvəsindən yeni istiqamətlər

Türk Dünyasının Birliyi və Strateji Hədəflər: Qəbələ zirvəsindən yeni istiqamətlər

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə diplomatik hadisə deyil, həm də türk dünyasının tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu Zirvədə etdiyi çıxış, Türk dövlətlərinin gələcək əməkdaşlığının konturlarını müəyyənləşdirdi.

Prezident İlham Əliyev çıxışında Türk dünyasının ümumi mədəni, tarixi və mənəvi bağlarından söz açaraq vurğuladı ki, bu köklər bizi yalnız birləşdirmir, eyni zamanda gələcəkdə daha güclü siyasi və iqtisadi inteqrasiyanın əsasını qoyur. O qeyd etdi ki, XXI əsrdə Türk dövlətlərinin gücü yalnız enerji və iqtisadi göstəricilərlə deyil, həm də birgə iradə, müstəqil siyasət və qarşılıqlı dəstək ruhu ilə ölçüləcəkdir.

Dövlət başçısı xüsusi olaraq Azərbaycan-Türkiyə münasibətlərini Türk dünyası birliyinin təməl sütunu kimi xarakterizə etdi. O bildirdi ki, bu model bütün Türk dövlətləri arasında əməkdaşlıq üçün nümunə ola bilər. İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının vahid kommunikasiya məkanı formalaşdırmaq baxımından strateji əhəmiyyət daşıdığını vurğuladı.

Prezident çıxışında həmçinin qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə artır, bu qurum artıq regional deyil, qlobal səviyyədə əhəmiyyətli geosiyasi aktora çevrilir. Qəbələ Zirvəsi bir daha sübut etdi ki, Türk birliyi yalnız keçmişin mirası deyil, gələcəyin inkişaf strategiyasıdır.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri