Icma.az
close
up
RU
Nəqliyyat qiymətlərinin artımı inflyasiyanı sürətləndirəcək XƏBƏRDARLIQ!

Nəqliyyat qiymətlərinin artımı inflyasiyanı sürətləndirəcək XƏBƏRDARLIQ!

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hazırda hər hansı bir müəssisə, qiymət artımına gedərsə, bu inflyasiyaya tətikləyici bir addım olacaq. Ümumiyyətlə nəqliyyat qiymətləri inflyasiyaya tətikləyicidir. Bu nəticə etibarı ilə, sonradan digər sektorlarda qiymət artımına səbəb olacaq. Əgər maaş və pensiyalar artırılmasa, bu, birbaşa əhalinin rifahına mənfi təsir göstərəcək”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, diferensiallaşdırma müxtəlif formalarda ola bilər:

“Diferensiallaşdırma hansı istiqamətdə və necə tətbiq olunacaq, bəlli deyil. Diferensiallaşdırma müxtəlif formalarda ola bilər. İkinci məsələ ondan ibarətdir ki, bizdə həqiqətən də ictimai nəqliyyatın bütün seqmentlərində müəyyən güzəştlərin tətbiqinə ehtiyac var. Məsələn, tələbələr, pensionerlər, təqaüdçülər və s. üçün. Tutaq ki, sərnişinlər üçün 1, 3, 6 yaxud 12 aylıq bilet satılır. Yəni siz müəyyən məbləğ ödəməklə 3 aylıq bilet alırsınız və bu müddət ərzində metroya 10 dəfə də, 100 dəfə də minsəniz, həmin bilet qüvvədədir. Bu daha ucuz və sərfəli olur. İnsanlar da aylıq biletləri olduğu üçün ictimai nəqliyyatdan istifadə etməyə çalışırlar. Amma müşahidələrimə əsasən, burada söhbət daha çox məsafəyə görə tarifin müəyyən edilməsindən gedir. Amma bir iqtisadçı kimi deyə bilərəm ki, hazırki şəraiti nəzərə aldıqda bu yanaşma doğru olmaz. Səbəb odur ki, məsafəyə görə ən çox istifadə edənlər şəhər ətrafından şəhərə gələnlərdir. Belə vətəndaşlar daha çox işə görə şəhərə üz tutur. Belə çıxır ki, məsələn, “Həzi Aslanov”dan, “Dərnəgül”dən gələnlər daha çox pul ödəyəcəklər. Əgər hazırki qiymət olan 50 qəpiyin üzərində olacaqsa, faktiki olaraq, qiymət artımıdır. Yox əgər maksimum qiymət 50 qəpik olacaqsa və digər qısaməsafə gedənlər daha az ödəyəcəklərsə, əhali üçün daha yaxşıdır, lakin metropolitenin rentabelliyinə təsir göstərər. Amma düşünmürəm ki, elə olsun. Qiymət artımı o halda nisbətən faydalı olur ki, bu artım hər üç maraqlı tərəfin (dövlətə, əhaliyə və qiyməti artıran müəssisəyə) mənafeləri ortaq kəsişmə nöqtəsinə malik olsun. Nəticədə hər 3-ü üçün uyğun bir qiymət olsun. Nəqliyyat qiymətləri inflyasiya tətikləyici olduğundan hazırda hər hansı bir müəssisə qiymət artımına gedərsə, bu digər sahələrdə də birbaşa və dolayı yolla inflyasiyaya təzyiq edəcək amilə çevriləcək. Yəni, nəticə etibarı ilə sonradan digər sektorlarda qiymət artımına səbəb olacaq. Əgər maaş və pensiyalar artırılmasa, bu, birbaşa əhalinin rifahına mənfi təsir göstərəcək. Üstəlik nəzərə alaq ki, metrodan və yerüstü nəqliyyatdan istifadə edənlər əhalinin maddi olaraq aşağı təbəqəsidir. Yəni nisbətən daha az maaş alanlardır. Bunlar daha geniş və həssas təbəqədir. Məsələn, taksi qiymətləri, avtomobillərlə bağlı cərimələr artırılarkən, ən azından təskinlik mənasında belə bir söz söylənilir ki, əgər kiminsə pulu çatmırsa, ictimai nəqliyyatdan istifadə etsin. Amma siz hər hansı bir vətəndaşa “sənin pulun yoxdursa, metroya minmə” deyə bilməzsiniz. Çünki daha ucuz alternativ nəqliyyat vasitəsi yoxdur. Burada bu kimi nüansları fikirləşmək lazımdır. Bir müəssisə hansısa obyektiv və subyektiv səbəblərdən öz qiymətlərini tənzimləyə bilmirsə bunu dövlətin, əhalinin üzərinə transfer etdikdə makroiqtisadi göstəricilərə və digər sahələrə də təsir edir”. Ekspert vurğulayıb ki, təməl ehtiyacların hər hansısa birinin qiyməti artırsa, digərinə də birbaşa təsir göstərir:

“Nəzərə alaq ki, hər bir şəxsin aldığı maaşın ən zəruri xərc istiqamətləri var. Ərzaq, nəqliyyat, dərman, geyim və s. Bunlar minimum təməl ehtiyaclardır. Əgər bu təməl ehtiyacların hər hansısa birinin qiyməti artırsa, digərinə də birbaşa təsir göstərir. Ümumiyyətlə təməl ehtiyacların qiyməti artanda isə insanlar digər ehtiyaclardan (ev təmiri, təhsil, ictimai iaşə, əyləncə, daxili turizm və sair) daha az istifadə edir. Bu da dövlətə zərərdir. Çünki sözügedən sahələrin dövriyyəsi aşağı düşür. Bu artıq vergi ödəmələrinin, vergi daxilolmalarının aşağı düşməsidir, iqtisadiyyatda daralmalıdır, biznes mühitinin zəifləməsidir. Nəzərə alaq ki, maaş alan əhalinin 50 faizə yaxın hissəsi 400-600 manat maaş alırlar. Bu insanlar sabah öz sahibkarına yaxud rəhbərliyinə narazlıq edir, maaş artımı gözləyirlər. Nəticə etibarı ilə demotivasiya baş verir. Bu isə işə, keyfiyyətə, nəticəyə təsir göstərir. Məsələn, biz keçən il dizel yanacağının qiymətinin 80 qəpikdən 1 manata artırılmasına çox bəsit baxdıq. Amma bu 20 qəpik artımın kənd təsərrüfatı sahəsində hansı qiymət artımlarına gətirib çıxaracağını düzgün proqnozlaşdırılmadı. Bu gün biz görürük ki, kənd təsərrüfatında birbaşa qiymət artımları var. Bəzən qiymət artımının 5-10 qəpik artmasının hansı sahələrdə iqtisadi təzyiqlər və büdcə daxilolmalarına nə dərəcə mənfi təsir göstərəcəyini düzgün şəkildə hesablanmır. Digər əsas məsələlərdən biri isə qiymət artımlarının iqtisadi əsaslandırmalarının düzgün aparılmamasıdır. Düzgün müqayisələr, iqtisadi modellər tətbiq edilmir. Müəssisə dövlətin və istehlakçıların mənafelərindən daha çox öz mənafeyini ön plana çəkir. Bu yanaşma bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində özəl təsərrüfat subyekləri üçün doğru ola bilər, lakin təbii inhisarlar olan dövlət qurumlarının qiymət artımları və tənzimləmələri məsələsində yanaşmalar nisbətən fərqli olur və fərqli olmalıdır”. 

Qeyd edək ki, son zamanlar metroda gedişhaqqının diferensiallaşdırılmış tarifə keçirilməsi ilə bağlı fikirlər səslənməkdədir. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin sədrin müşaviri Emil Əhmədov isə deyib ki, gələcəkdə diferensial qiymət tətbiqi mümkün ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri