Icma.az
close
up
RU
Tehran dilemma qarşısında: Qaçılmaz acı sonluq, geri sayım

Tehran dilemma qarşısında: Qaçılmaz acı sonluq, geri sayım

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran ətrafında çəmbər daralır. Bu, sadəcə geosiyasi təzyiqlərin artması deyil, həm də rejimin öz daxilindən çürüyərək tarixi çıxılmazlığa sürüklənməsidir. Bu gün Tehran qarşısında duran əsas sual artıq “təzyiqə necə cavab verək, üzləşilən durumdan necəçıxaq?” deyil.

Sual daha sərtdir: rejim bu mərhələdən sağ çıxacaqmı?

Ayətullah Əli Xamenei etirazların başlanmasından sonra etdiyi çıxışlarda qətiyyət nümayiş etdirməyə çalışsa da, bu rejiminin gücünün nümayişi deyil, qorxunun göstəricisidir. 
SEPAH komandirlərinin və rəsmi Tehran təbliğatının verdiyi mesajlar daxili auditoriyaya yönəlib: “lider hələ də nəzarətdədir”. Amma tarix göstərir ki,   belə rejimlər  və sistemlər ən çox məhz bu cümləni təkrarlamağa məcbur qaldıqları anda zəifləyirlər.

Repressiya – rejimin sonuncu silahı

Xamenei uzun illər hakimiyyətini iki əsas dayağa söykədi: təhlükəsizlik aparatına tam nəzarət və informasiya monopoliyası. İnqilab Keşikçiləri Korpusu (SEPAH), Bəsic və ordu onun şəxsi siyasi qalxanına çevrildi. Dövlət televiziyası isə rejimin “həqiqət istehsal edən fabriki” rolunu oynadı.

Lakin XXI əsrdə həqiqəti əbədi həbs etmək mümkün deyil. İnternetin tam kəsilməsi, sosial medianın bloklanması, informasiya qaranlığı, bunlar güc deyil, panikanın etirafıdır. 2019-cu ilin noyabrında bu üsul işləmişdisə, bu gün effektini itirib. Çünki cəmiyyət dəyişib, qorxu isə artıq əvvəlki kimi birləşdirici deyil.

Qırılmış vətənpərvərlik və dəyişən psixologiya

İsraillə yaşanan 12 günlük müharibə zamanı İran cəmiyyətində paradoksal bir mənzərə vardı: rejimə nifrət və dövlətə bağlılıq eyni anda mövcud idi. Bir çox iranlı İsrailin hücumlarını tənqid edir, müharibənin bitməsini istəyirdi. Rejim o vaxt bu psixoloji kapitalı qoruyub saxlaya bildi.
Amma bu kapital artıq tamamilə xərclənib. Minlərlə insanın öldürüldüyü, on minlərlə ailənin travmaya məhkum edildiyi bir reallıqda “dövlət” anlayışı xalq üçün düşmən obrazına çevrilib. Cəmiyyətin mühüm bir hissəsi artıq düşünür ki, əgər rejim öz xalqına qarşı bu qədər amansızdırsa, onu qorumağın mənası yoxdur.

Bu, təhlükəli dönüş nöqtəsidir. Çünki ilk dəfə olaraq geniş kütlələr arasında belə bir fikir formalaşır: xarici müdaxilə daxili repressiyadan daha az dağıdıcı ola bilər.

Xameneinin öz qurduğu tələyə düşməsi

Tarixi ironiya ondan ibarətdir ki, Xameneini bu nöqtəyə gətirən məhz öz seçdiyi strategiyadır. O, etirazları zorakılıqla boğaraq qısa müddətli sabitlik əldə etdi. Amma bunun müqabilində rejimi strateji baxımdan müdafiəsiz qoydu.

Əgər ABŞ və ya İsraillə müharibə başlasa, bu dəfə Tehran arxasında birləşmiş xalq görməyəcək. Əksinə, daxildə və diasporada ciddi bir kəsim bu qarşıdurmanı rejimin sonu üçün fürsət kimi görəcək. Bu,  belə rejimlər və sistemlər üçün ən təhlükəli ssenaridir.

Beynəlxalq aləmdə tənha qalma: Tehran meydanda artıq təkdir

İranın vəziyyətini ağırlaşdıran əsas amillərdən biri də beynəlxalq mühitin dəyişməsidir. Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanıması simvolik addım deyil, bu həm də, siyasi legitimliyin rəsmi ləğvidir. Almaniya, Fransa və Böyük Britaniyanın sərt mövqeyi Tehran üçün manevr imkanlarını minimuma endirib.

Almaniya kansleri Fridrix Merzin dediyi kimi, İran rejiminin legitimliyini artıq itirib: “Belə rejimlərin günləri sayılıdır. Geriyə sayım başlayıb. Bu, həftələrlə də çəkə bilər, amma son qaçılmazdır”.

Daha ağırı isə Moskva və Pekinin susqunluğudur. İranın “strateji müttəfiqləri” artıq risk almaq istəmir. Rusiya Buşehr AES-dəki personalını təxliyə etməyə hazır olduğunu açıq şəkildə bəyan edirsə, bu, Tehrana verilən çox aydın mesajdır: “Bu müharibə sənin müharibəndir.”
Çin isə ənənəvi taktikasına sadiq qalaraq gözləmə mövqeyini seçib. Pekin zəifləyən rejimlərə sərmayə qoymur.

Venesuela ssenarisi

Donald Trampın İrana yanaşması emosional deyil, soyuq hesablanmış təzyiq strategiyasıdır. Nüvə proqramının dayandırılması və etirazçıların qətlinə son qoyulması tələbləri paralel şəkildə hərbi-psixoloji basqı ilə müşayiət olunur.

ABŞ hərbi donanmasının İran sahillərindəki görünməmiş mövcudluğu bir mesajdır: seçim hələlik Tehranın əlindədir, amma vaxt işləyir. Müzakirə olunan ssenarilər isə  hədəfli zərbələr, texnoloji iflic, daxili parçalanmanın təşviqidir ki. bunların hamısı Venesuela ssenarisini xatırladır.
Ehtimal olunan ssenarilər bunladır:

Hədəfli zərbələr: rejimi qoruyan beyni kəsmək strategiyası

“Hədəfli zərbələr” anlayışı klassik müharibə modelindən fərqlənir. Məqsəd ərazi tutmaq və ya genişmiqyaslı hərbi toqquşma deyil, idarəetmə qabiliyyətini iflic etməkdir.

Ağ Evin mümkün yanaşması burada belə oxunur:

SEPAH, Bəsic və xüsusi təyinatlı strukturlarının komandir elitası rejimin real dayağıdır, ideologiya yox.

Bu fiqurlar aradan çıxdıqda, sistem avtomatik dağılmır, amma əmr-itaət zənciri qırılır.
Ən təhlükəli məqam da budur: orta səviyyəli komandirlər məsuliyyəti üzərlərinə götürmək istəmir, çünki kimin qalib gələcəyini bilmirlər

Bu cür zərbələrin siyasi məqsədi “qorxu yaratmaq” deyil, liderlik vakuumu formalaşdırmaqdır. Rejim özünü birdən-birə belə bir sualla üz-üzə görür: “Əmr verən var, amma əmri icra edən qalacaqmı?”

Bu, avtoritar sistemlər üçün ölümcül psixoloji vəziyyətdir.

Texnoloji iflic: cavab vermə qabiliyyətinin əlindən alınması

Burada əsas hədəf İranın hərbi gücü yox, reaksiya vermək imkanıdır. Müasir qarşıdurmalarda qalibiyyət çox vaxt atəş gücü ilə yox, reaksiya sürəti ilə ölçülür.

Ağ Ev üçün əsas hesablamalardan biri budur:

İran cavab vermək istəsə belə, bunu koordinasiyalı və vaxtında edə bilməsin. Qərar mərkəzləri bir-biri ilə əlaqəni itirsin. Ordunun müxtəlif qanadları “müharibə başladı, yoxsa başlamadı?” sualı ilə baş-başa qalsın

Bu cür texnoloji iflic- rabitə, koordinasiya, siqnal və idarəetmə səviyyəsində  müharibəni genişlətmədən üstünlük qazanmaq cəhdidir. Yəni məqsəd İranı vurmaqdan çox, onu donmuş vəziyyətə salmaqdır.

Burada paradoks yaranır:

İran hücuma məruz qalır, amma cavab vermək üçün lazımi aydınlıq və mexanizm tapa bilmir. Bu isə eskalasiyanı avtomatik ləngidir. Necə ki, 12 günlük müharibədə İran bunu yaşadı.

Elektromaqnit və elektron silahlardan istifadə: “Səssiz” müharibə…Bu yanaşma klassik bombardmanların yaratdığı görüntülərdən fərqli olaraq görünməyən müharibə konseptinə əsaslanır. Bunun siyasi məntiq isə  belədir: Mülki itkilər minimuma endirilməlidir (legitimlik üçün), regional müttəfiqlər risk altına düşməməlidir.

Bu yolla İranın “bizə hücum etdilər” narrativi zəiflədilməlidir.

Elektron və elektromaqnit silahlardan istifadənin təsirin əsas məqsədi isə dövlətin “normal işləyən” görüntüsünü dağıtmaq, rejimin güc simvolu olan infrastrukturu sükut içində sıradan çıxarmaq, xalqda belə bir psixoloji hiss yaratmaq: “Dövlət var, amma işləmir”.
Bu, bomba səsindən daha təhlükəli ola bilər. Çünki qorxu yox, ümidsizlik yaradır.

Daxili parçalanma: küçə faktorunun yenidən işə salınması

Bu nöqtədə küçə faktoru yenidən aktivləşir və bu dəfə fərq  ondan ibarət olur ki, etirazçı kütlə qarşısında əvvəlki qədər monolit dövlət görmür. Belə halda  təhlükəsizlik qüvvələri də müdaxilədən çəkinir və öz gələcək talelərini düşünməli olurlar.  Yəni küçə artıq təkbaşına deyil, sistemin daxili boşluqları ilə sinxron hərəkət edir.

Bu yanaşmanın əsas ideyası budur: İranı məğlub etmək yox, rejimi öz ağırlığı altında çökdürmək.

Bu, klassik müharibə deyil. Bu, hakimiyyətin işləməz hala salınmasıdır.
Və məhz buna görə Tehran üçün ən qorxulu ssenari də budur.

Tehran çıxışı olmayan yolda

İran rejimi bu gün geriyədönməz bir mərhələyə daxil olub. Xamenei seçim qarşısındadır, amma hər iki yol onu uçuruma aparır: Ddaxildə davam edən səssiz və qanlı müharibə, yaxud xarici qarşıdurma fonunda rejimin kövrəkliyinin açıq şəkildə ifşası.

Bu, artıq sadəcə ABŞ–İran qarşıdurması deyil. Bu, hakimiyyətin legitimliklə vidalaşmasıdır. Rejim öz oyununun qurbanına çevrilir və bu prosesin dayanması üçün nə siyasi, nə də psixoloji resursu qalıb.

Tarix adətən belə anları bağışlamır. Tehran üçün saat artıq geri sayır.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri