Icma.az
close
up
RU
Keçməyən öskürək təhlükəlidir Xərçəng riski

Keçməyən öskürək təhlükəlidir Xərçəng riski

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Milli.Az xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları ilə keçməyən davamlı öskürəyə diqqət yetirmək lazımdır.

Bildirilir ki, uzun müddət davam edən öskürək allergik xəstəliklərdən tutmuş ürək və ağciyər problemlərinə qədər müxtəlif xəstəliklərin əlaməti ola bilər.

Ağciyər xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Tevfik Özlü qriplə başlayıb sonradan uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq edib. O bildirib ki, davamlı öskürək adi müalicə üsulları ilə keçmir və belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Onun sözlərinə görə, qış mövsümünün bitib yaz aylarının başlaması ilə bu cür şikayətlərlə müraciət edən xəstələrin sayı artır:

Mütəxəssis uzun müddət davam edən öskürəyin mütləq ciddi qəbul edilməli olduğunu vurğulayıb:

"Bu öskürək adi öskürək siropları və dərmanlarla keçmir. Bal və bitki çayları ilə də yaxşılaşmayan, insanı narahat edən və gündəlik həyat keyfiyyətini aşağı salan öskürəkdir. Bu halda mütləq müayinədən keçmək və altında xroniki xəstəlik olub-olmadığını araşdırmaq lazımdır. Bəzən öskürək başqa xəstəliklərin əlaməti də ola bilər. Məsələn, ürək çatışmazlığı olan xəstələr də öskürəklə müraciət edə bilərlər. Hətta ağciyər xərçəngi də bəzi hallarda öskürək vasitəsilə aşkarlanır. Buna görə də uzun müddət davam edən öskürəyi diqqətdən kənarda qoymaq olmaz. Normalda tənəffüs yolu infeksiyalarından sonra öskürək 3-5 gün davam edib keçir. Amma 3-8 həftədən çox çəkirsə, mütləq səbəbi araşdırılmalı və uyğun müalicə aparılmalıdır. Çünki bəzən arxasında ciddi problemlər dayanır".

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Mart 2026 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see362

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see344

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see340

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see274

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see271

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see254

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see251

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see249

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see245

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see245

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see234

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see233

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see233

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see220

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see207

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see202

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see194

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see185

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see184

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri