“Neqodnı”larla bağlı YENİLİK
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunan şəxslərin komissiyaya çağırılma yaşı azaldılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi təklif olunub.
Təklif olunan dəyişikliklə, hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək (hazırda 35) hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qeyd edək ki, müvafiq qanunlarla nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Silahlı Qüvvələri sıralarından buraxılan hərbi qulluqçular, habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan sonra üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə borcludurlar.
Bizim.Media
Baxış sayı:129
Bu xəbər 13 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















