Neqredo futbolçusu karyerasını bitirdi
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.
Bakıvaxtı.az xəbər veriri ki, futbolçu 39 yaşında bu qərarı verib.
A.Neqredo karyerası ərzində “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya” (hamısı İspaniya) “Mançester Siti”, “Midlsbro” (hər ikisi İngiltərə) və "Beşiktaş" (Türkiyə) klublarında çıxış edib. Onun sonuncu iş yeri La Liqanın digər təmsilçisi “Valyadolid” olub.
O, "Mançester Siti"nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, A.Neqredo İspaniya millisində 21 oyun keçirib və 10 qol vurub. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu olub.
Baxış sayı:128
Bu xəbər 06 Mart 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















