Nəriman Həsənzadənin vəziyyəti NECƏDİR?
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Xalq şairi Nəriman Həsənzadə Yeni il bayramı ərəfəsində evə buraxılacaq.
Redaktor.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Arif Mehmandost məlumat verib.
O bildirib ki, şairin vəziyyəti yaxşılığa doğru dəyişir:
“Hazırda səhhəti normaldır. Vəziyyəti yaxşılığa doğru dəyişir. Həkim nəzarəti altındadır. Həkimlərlə danışıqlar gedir. İrəliləyiş olarsa, Yeni il bayramından öncə evə buraxılacaq”.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb.
Baxış sayı:93
Bu xəbər 22 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















