Nərimanovda dərəbəyllkdir Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"WhiteStone Tower" şirkəti paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsindəki yaşayış binalarına gedən istilik, elektrik və qaz xətlərini kəsib, elektrik və qaz xətlərini birləşdirib, sakinlər üçün təhlükəli vəziyyət yaranıb.
Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a şikayət ünvanlayan Aşıq Molla Cümə küçəsində yerləşən 11, 11B, 13, 15 və digər binalarda yaşayan sakinlər bildiriblər ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, Nəriman Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir qurum yaxın gəlmir.
"Hazırda çox pis vəziyyətdəyik. "WhiteStone Tower" şirkəti layihəni alandan bu günə qədər zibillik içində yaşayırıq. 2020-ci ildə Vətən müharibəsi zamanı - bu binalarda yaşayan oğulların müharibəyə getdiyi vaxt layihə alınıb və lazım qədərində satılıb. Vətəndaşların hüququ tapdalanır. İstədikləri kimi əraziyə qırmızı xətt qoyublar. Sakinlər üçün heç bir şərait yoxdur. Avtomobillərin parklanması, uşaqların oyun meydançası - ərazi bütünlüklə zəbt olunub. Kommunal xərclərin hər birini ödədiyimiz halda şirkət öz tərəfində işıqları yandırır, bizim binalarımızda isə səhərə qədər hər kəs soyuqdan donur. Uşaqlar, yaşlılar belə vəziyyətdə yaşayırlar. Sözügedən binada şəhid ailələri, müharibə veteranları və qazilər yaşayırlar. Dəfələrlə şirkətin qapısına getsək də, bizi qəbul edən olmayıb. Vətəndaşları sayan yoxdur. Nərimanov Rayon İcra Hakimiyyəti layihəni satıb, pulunu alıb, indi də kənara çəkilib".
Məsələ ilə bağlı Pravda.az Nərimanov Rayon İcra Hakimiyyətinə, eləcə də "WhiteStone Tower" şirkətinə sorğu ünvanlasa da, heç biri mövqe bildirməyib.
Qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdir.
Baxış sayı:52
Bu xəbər 16 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















