Icma.az
close
up
RU
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar FOTOFAKTLAR

Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar FOTOFAKTLAR

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İddiaya görə, Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı "Star City Construction" MMC şirkəti tərəfindən Publika.az-a şikayət ərizəsi daxil olub.

Bildirilib ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli "çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi "Star City Construction" MMC-nin daimi istifadəsinə verilib.

Bu sərəncamdan sonra, "Star City Construction" MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılıb. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin eskiz layihəsinin razılaşdırılması barədə 14.03.2018-ci il tarixli məktub verilib.Lakin bütün bunlardan sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı bir şirkətə də ayrılıb. Məsələ ilə bağlı "Star City Construction" MMC tərəfindən dərhal Nərimanov Rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib.

Həmçinin qeyd edilib ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (“ESRA” MMC ilə bağlı olan hissə) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bununla bağlı da əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Beləliklə, 16 iyul 2018-ci il tarixli "Star City Construction" MMC-ə aid sərəncam hazırda qanuni qüvvəsindədir. Lakin aradan 5 aydan çox vaxt keçməsinə baxmayaraq Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iş üzrə dərhal qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2024-cü il tarixli Qərarın icrası ilə bağlı heç bir addım atılmayıb. Ərazidə "Ailə Park" MMC tərəfindən işlərin aparılması da hələ də dayandırılmayıb.

Şirkət iddia edir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar belə yerinə yetirilmir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, həmçinin sorğu ünvanladıq. Əvvəl mövqe bildirəcəkləri ilə bağlı vəd verilsə də, daha sonra heç bir sualımıza cavab verilmədi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Aprel 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri