Icma.az
close
up
RU
Nəsimi dühası zaman və məkan ucalığında

Nəsimi dühası zaman və məkan ucalığında

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anadilli klassik poeziyamızın dahi şairi İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilməsi ədəbi-mədəni aləmdə aktuallıq qazanmış məsələdir. Şairin Hələbdə yaşayıb-yaratmasının, yüksək nüfuz sahibi sayılmasının və qəbrinin də burada olması 6 əsr əvvəl bu şəhərdə Azərbaycan türkcəsinin necə böyük bir mədəniyyəti təmsil etməsinin, bu dilin necə geniş ərazini əhatə etməsinin göstəricisidir.

Nəsimi yaradıcılığı o zaman Azərbaycan türklərinin ərəb torpaqlarında irfan dilinə vüsətlə poetik dil statusu qazandırmalarının təkzib olunmayan sübutudur. Nəsiminin məzarının Hələbdə olmasını xalqımıza 1968-ci ilin noyabrında Suriyaya səfər etmiş Xalq şairi Rəsul Rza çatdırıb. O bildirib ki, Hələb şəhəri Azərbaycan şairinin məzarını 6 əsrdir ki, ehtiramla qoruyur. Məzarın yaxınlığından keçən küçə də Nəsiminin adını daşıyır.

Eyni tale Nəsimidən sonrakı əsrdə türkdilli poeziyanı zirvəyə qaldırmış Məhəmməd Füzulinin Kərbəladakı məzarının da tarixçəsinə yazılıb. Bu 2 məzarın qürbətdə olmasını Hüseyn Cavidin qəbrini aşkar edilib Vətənə köçürülməsi ilə müqayisə etmək düzgün olmazdı. Cavidi sovet avtoritar-kommunist sistemi ahıl yaşında Sibir buzlaqlarına sürgün etmiş və o, ağır məhrumiyyətlər içərisində dünyasını dəyişmişdi.

Ümummilli lider Heydər Əliyev elə həmin rejimin mövcud olduğu dönəmdə bu tarixi ədalətsizliyi aradan qaldırmış, böyük Cavidin adsız-ünvansız məzarını İrkutski həbs düşərgəsinin məzarlığından tapıb vətənə gətirtmişdi. Ulu öndərin bu təəssübkeşliyi, cəsarəti və alicənablığı o zaman bütün dünyada əks-səda vermişdi. Dünyaya göstərilmişdi ki, SSRİ burada yaşayan xalqların vahid vətəni deyil, Azərbaycan xalqının da öz doğma məmləkəti var.

Nəsiminin yaşadığı dövrdə isə ərəb torpaqlarında hakim qüvvə türklər olub. Səlcuqlu, Məmlüklü, Osmanlı kimi dövlətlər bu ərazinin sahibləri olmuşdu. Deyilənə görə, Hələbdə mütəfəkkir şairin nəslinin davamçıları indi də “Nəsimi baba” soyadı ilə yaşayırlar. 1968-ci ildə Rəsul Rzanı Nəsimi məzarının ziyarətinə, şairin yazdığına görə, “zahirən şirvanlıya bənzəyən Hikmət Nəsimi adlı bir nəfər” aparmışdı. Qəbir isə Nəsimilərin ailə məzarlığında qorunub saxlanır.

Nəsiminin heykəli Bakıda, əsərlərinin bəzi əlyazmaları İstanbulda, məzarı isə Hələbdədir. Nəsiminin ədəbi-irfani dünyası 6 əsrdir ki, hər 3 ünvanda vətənləşib. Nəsiminin ürəklərdə tutduğu əbədi, baqi məqama görə isə Azərbaycan xalqı həmişə ümummilli lider Heydər Əliyevə minnətdar olacaq.

Qeyd edək ki, ötən əsrin 70-ci illərində respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni dövr başlamışdı. Həmin mərhələ bilavasitə xalqımızın milli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin, digər müstəsna, taleyüklü əməlləri ilə yanaşı, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin irsinin dərindən öyrənilməsi, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı gerçəkləşdirdiyi işlər şairin adını qəti şəkildə xalqımızın çoxəsrlik mədəni irs xəzinəsinə həkk elədi.

O vaxta qədər Nəsimi “Divan”ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtazın tərtibatında1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu. 1972-ci ildə türkmən ədəbiyyatşünası Nəzər Qullayev həmin "Divan"ın dili üzərində müəyyən “türkmənləşmə” əməliyyatı apararaq yenidən çap etdirmiş, şairi türkmən ədəbiyyatının klassiki kimi təqdim etmişdi. Ancaq Heydər Əliyevin məsələyə obyektivlik gətirməsi ilə bu saxtalaşdırma baş tutmur. Ölkəmizdə Nəsimini Azərbaycan ədəbiyyatının dəyərli klassiki kimi tanıtmaq, təbliğ etmək yönündə davamlı tədbirlər planı start götürür. Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi Bakıda xaricdən dəvət edilmiş elm-sənət adamlarının iştirakı ilə təntənəli şəkildə keçirildi.

Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olundu, yaradıcılığı geniş tədqiq edildi. Şairin yeni portreti yaradıldı. Media yubileyi geniş işıqlandırdı, çağdaş tarixin parlaq səhifəsinə çevirdı. Bütün ölkə Nəsimi təntənəsi yaşadı. Nəsiminin əsərləri xarici dillərə tərcümə edildi, haqqında xaricdə də müxtəlif yazılar çap olundu, UNESCO-nun”Kuryer” jurnalında şair haqqında yubiley məqaləsi dərc edildi.

Azərbaycan rəhbəri Heydər Əliyev Nəsiminin yubileyinin Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilin fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində Ulu öndər özü də iştirak etdi. Bütün bunlar sovet ideologiyası üçün o qədər dəyəri olmayan Nəsimi şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi-mədəni və milli-mənəvi irsində layiqli qiymət aldı.

Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsinə gəlincə, əlbəttə ki, dövlətimizin başçısı hansı qərarı verirsə, biz onu dəstəkləyəcəyik. Məzar Azərbaycana gətirilsə, bu, xalqın öz böyük şairinə misilsiz bir istəklə daha əhatəli sahib çıxması baxımından önəmli hadisə olacaq.

Böyük Nəsimi, sanki, ədəbi uzaqgörənliklə bu anlamı poetikləşdirib: “Sındır qəfəsi, tazə gülüstan tələb eylə”. Ruhunun laməkan, cahana sığmaz olacağını bəyan edən misralar da onundur: “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam!”

Böyük sənətkarların, dahi şəxsiyyətlərin amalı bəşəri olduğu kimi, ruhları da hər yerdə dolaşır. Onların ölməz və parlaq obrazı tarixin uzaq və yaxın dövrlərindən eyni ucalıqda görünür!

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri