Icma.az
close
up
RU
Nəsimi məhkəməsinin hakimi 10 gündür müşavirə otağından qayıtmayıb

Nəsimi məhkəməsinin hakimi 10 gündür müşavirə otağından qayıtmayıb

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərişıq” ASC 8 ildir Qarabağ əlilinə xidmətdən imtina edir

Yurdumuza Novruz gəlib, bayramlaşmaq, küsənlərin barışması çağıdır. Hələ Ramazan bayramı da qeyd edlib. Di gəl, kommunal xidmət qurumları, məhkəmələr istehlakçılara qarşı savaş açıblar, nə dinə gəlirlər, nə imana, nə də barışa.

“Azərişıq” ASC 8 ildir verdiyi 03.04.2017 tarixli, TMX-17/0375 saylı texniki şərti 201,72 manat qanunsuz ödəniş tələb edib icra etməkdən imtina etdiyindən əlil-istehlakçı Qarabağ qazisi Nəsimi məhkəməsində “əlil-istehlakçı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbilə ilə ötən ildən iddia qaldırıb. 5 aylıq süründürməçilik sonucunda cavabdeh məhkəməyə təzyiq etdirməklə , axırı, 10.03.2025-ci ildə iddianın rədd edilməsinə nail olub. Amma...

“Əmma”sı budur ki, məhkəmə (hakim Vüsalə Musayeva) 10.03.2025-ci il saat 12-55 dən müşavirə otağına gedib, hələ də qayıtmayıb. Təbii ki, qətnamə də elan edilməyib. Bəs onda yekun akt necə çıxarılıb? Axı MPM-in 10.11-ci maddəsinə görə, məhkəmə aktı istənilən halda açıq elan edilir. Hakim Vüsalə Musayeva isə nəinki açıq, heç qapalı da olsa, qətnaməni elan etməyib. İclası videokonfrans (votsapp) əlaqə sistemi vasitəsilə keçirən hakimin hələ də qayıtmadığını, əksinə, sms-bildirişlə 10.03.2025-ci ilə, saat 14 05-ə baxış iclası təyin etdiyi sorağını alan iddiaçı şəxsi kabinetdən cavabdehin məhkəməyə sifarişinə etiraz edib və hakimə sifarişə yox, VİCDANININ SƏSİNƏ qulaq asmağa ərizə verib.

Onsuz da məhkəmənin ədalətinə inanmadığını vurğulayan qazi haqqını, ədaləti Avropa İnsan Hüquqları Məhkəməsində axtaracağını ərizəsində bildirib.Bundan sonra hakim elektron kabinetdə “iddia rədd edildi” məlumatını yerləşdirib. Görəsən, belə məhkəmə təminatı hüququna Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri hansı qiyməti verəcək? Özbaşınalıq görmüşdük, daha bu yekəlikdə yox də!...

Məğrur Bədəlsoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri