Icma.az
close
up
RU
Nəsimi rayonunda Mətbuatımızın təşəkkülü və tarixi missiyası adlı tədbir keçirilib

Nəsimi rayonunda Mətbuatımızın təşəkkülü və tarixi missiyası adlı tədbir keçirilib

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, müəssisə və təşkilatların məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq mətbuatımızın keçdiyi tarixi və şərəfli yoldan geniş söz açmış, Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq xüsusi vurğuladı ki, bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Zahid Xəlilov səsləndirdi ki, məhz bu böyük dövlət qayğısının bir təzahürü kimi Prezident İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin ölkəmizdə geniş keçirilməsi haqqında sərəncam imzalamışdır.
Çıxış edən Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbər və nümayəndələri – Xalq qəzetinin baş redaktorunun müavini, “ Əməkdar jurnalist” Tahir Aydınoğlu, Səbuhi Abbasov, Məhəmmədəli Qəribli və Nahid Canbaxışlı çıxışlarında qeyd etdilər ki, ötən zaman ərzində Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet, qəzetçilik yeni dövrün astanasına qədəm qoyur. Habelə bu sahədə çalışan şəxslər yüksək fəxri adlara və mükafatlara layiq görülür.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və RİH başçısının müavini Ramiz Quliyev çıxışlarında Milli Mətbuat Günü ilə əlaqədar mətbuat nümayəndələrini təbrik edərək, gələcək fəaliyyətlərində yeni uğurlar arzu ediblər.
Ruhiyyə Mehdiyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri