Icma.az
close
up
RU
Nəsirəddin Tusinin yaşadığı şəhərdə arxeoloji qazıntılar aparılır Xarabagilandan REPORTAJ FOTO

Nəsirəddin Tusinin yaşadığı şəhərdə arxeoloji qazıntılar aparılır Xarabagilandan REPORTAJ FOTO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 3 iyun, N.Əsgərov, AZƏRTAC

Ordubad şəhərindən 16-17 kilometr qərbdə, Naxçıvan-Ordubad avtomobil yolunun şimalında, Gilançayın sol sahilində yerləşən Xarabagilan (Kiran, Gilan və ya Giran) Orta əsrlərə aid şəhər xarabalığıdır.

Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva Arxeologiya Cəmiyyətinin Qafqaz bölməsi tərəfindən aparılıb. 1920-ci, 1970-ci və 1980-ci illərdə də müxtəlif yerli və xarici elm adamları ərazidə olub, tədqiqat işləri həyata keçiriblər. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Xarabagilan ərazisində şəhər mədəniyyəti V–IV əsrlərdə yaranıb, Orta əsrlərdə isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olub. Tədqiqatçılar Xarabagilan abidəsinin monqolların Azərbaycana yürüşü zamanı dağıdılmış Kiran şəhərinin qalıqları olduğunu müəyyənləşdiriblər. Böyük Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulub, böyüyüb və yaşayıblar.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, “Xarabagilan” arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasından sonra ərazidə dəfələrlə araşdırma işləri aparılıb, abidə dərin tədqiqata cəlb olunub. “Xarabagilan” arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji tədqiqatların ən mühüm nəticələrindən biri kimi, Naxçıvanın ilkin Orta əsrlər dövrünə aid tapıntılar aşkara çıxarılıb.

Yaxın günlərdə həyata keçirilən növbəti tədqiqat, araşdırma tədbirləri bu qədim yaşayış yeri ilə bağlı yeni faktların ortaya çıxmasına şərait yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri Xarabagilan ərazisində olub, ekspedisiyanın rəhbəri Bəhlul İbrahimlinin yeni tədqiqatlara, elmi dəlillərə dair fikirlərini öyrənib.

Tədqiqatçı alim deyib ki, hazırda ikinci memorial komleksdə qazıntı işləri həyata keçirilir: “Şəhərdə iki dağın üzərində, şərq tərəfdə birinci memorial kompleks də yerləşir. Hansı ki ərazisində 30-a qədər türbə var, hamısı da daşdan işlənmiş türbələrdir. Hamısının da sərdabələri var. Onların içərisi bişmiş kərpiclə hörülüb və həndəsi naxşılarla işlənilib.

Xarabagilan ərazisindəki türbələrdən biri Əcəmi Əbubəkir oğlu tərəfindən inşa olunub

Bəhlul İbrahimlinin sözlərinə görə, Xarabagilan ərazisində yerləşən birinci memorial kompleksdəki türbələrdən biri 8 bucaqlıdır: “Bildiyimiz kimi, “Möminə xatun” türbəsi 10 bucaqlıdır. Bu türbə də eyni ilə “Mömünə xatun”da olan naxışları, ornamentləri üzərində əks etdirir. Tədqiqatlar zamanı bu işarələrin bir hissəsi aşkarlanıb. Memarlar da təsdiq edirlər ki, bu abidə Əcəmi Əbubəkr oğlu tərəfindən inşa olunub. İkinci türbə kubşəkillidir. Maraqlı məqam ondan ibarətdir ki, Xarabagilan ərazisindəki türbələrdən təkcə biri qülləvaridir. Memarlar arasında belə fikir var ki, Azərbaycan, Cənubi Qafqaz və Urmiya ətrafındakı memorial türbələrin əksəriyyəti qülləvaridir. Ancaq Xarabagilanda aparılan tədqiqatlar göstərir ki, bu ərazidə yerləşən 40-dək türbədən yalnız biri bu tiplidir”.

Mənbələrdə Nəsirəddin Tusinin atasının əslən Xarabagilandan olduğu göstərilir. Alimin atası “Cəhrudi” ləqəbi ilə tanınıb, yəni, indiki Cəhri qəsəbəsindən olduğu bildirilir. Bu barədə tarixçi alim Vaqif Piriyev öz kitabında yazıb. Qeyd edilir ki, Nəsirəddin Tusi Tus şəhərinə oxumağa gedib və qayıdanda bu ərazidə yaşayıb.

AMEA-nın Antropologiya şöbəsinin elmi işçisi Ülkər Allahverdiyeva isə deyir ki, aparılan tədqiqatlar nəticəsində sərdabənin üst qatından insan skeletinin qalıqları tapılıb. Ancaq sərdabə daha əvvəl dağıldığından bu qalıqlar da dağılmış halda idi. Tabutların səviyyəsinə çatanda məlum olub ki, altda anatomik skeletlər mövcuddur.

“Üst hissədən 10-a yaxın insan skeletinin qalıqlarını aşkarladıq. Ancaq hazırda açdığımız kiçik hissədə isə 5 insan qalığını müəyyənləşdirmişik, onlar kəfənə bürünüb. Bundan başqa müəyyən olunub ki, ikinci insan qalığının üzərində paltar da var. Bu tarixdə, ədəbiyyatda nadir rast gəlinən haldır. Aparılacaq əlavə təqdiqatlarla bu insanların yaşı, cinsi, xəstəliyi, ölüm tarixi müəyyən olunacaq”, - deyə Ülkər Allahverdiyeva əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri